AMEA Gəncə Bölməsinin təmsilçisi Tacikistanda keçirilən beynəlxalq konfransda iştirak edib
AYNURƏ HƏSƏNOVA GƏNC KİMYAÇILARIN ELMİ TOPLANTISININ MÖVZU İSTİQAMƏTLƏRİNDƏN BİRİ OLAN “TƏBİİ MƏNBƏLƏRDƏN BİOAKTİV KOMPONENTLƏR” ADLI BÖLMƏYƏ SƏDRLİK DƏ EDİB
Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB ölkələrindən olan gənc kimyaçı-alimlərinin forumu keçirilib. “Gənc kimyaçılar məktəbi”nə kimya sahəsində çalışan Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan, Tacikistan və Özbəkistandan olan 40 nəfədən çox tədqiatçı qatılıb. Tədbir Tacikistan Milli Elmlər Akademiyası və MBD ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə baş tutub.
“MDB üzvü olan ölkələrin gənc kimyaçılar məktəbi ” adlı bu beynəlxalq elmi konfransda AMEA-nın Gəncə Bölməsinin Elmi-təşkilati şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Aynurə Həsənova da iştirak edib. Gənc alimimiz həmçinin Konfransın “Təbii mənbələrdən bioaktiv komponentlər” mövzusunda aparılan III Bölməsinə sədirlik edib. O, öz çıxışında Azərbaycanın qədim şəhəri və Nizami yurdu Gəncədən, eləcə də gəncəli alimlərdən Konfransın rəhbərliyinə, alim-həmkarlara və qonaqlara salamlarını çatdırıb. A. Həsənova gənc alimlərin bu forumunun onların gələcək tədqiqatları üçün faydalı olacağına inandığını qeyd edib.
“Gənc kimyaçılar məktəbi” MDB coğrafiyasında çalışan gənc tədqiqatçılar üçün əməkdaşlıq və vahid elmi platforma yaradılması məqsədlərinə xidmət edir. Öz həmkarlarımızla fikir mübadiləsi və gələcək perspektivlər haqda planların müzakirəsi çox faydalı oldu ” – deyə, A. Həsənova bildirib.
Konfrans çərçivəsində MDB məkanında fəaliyyət göstərən kimya üzrə aparıcı mütəxəssislərin mühazirələri, məruzə və prezentasiyalar, dəyirmi masalar və stend sessiyaları baş tutub.