
Milli Mətbuat Günü ərəfəsində AMEA Gəncə Bölməsində bu şəhərin tarixində iz qoymuş maarifçilər yad edilib
GÖRKƏMLİ İCTİMAİ XADİM, MAARİFÇİ, MÜƏLLİM, ƏDƏBİYYATŞÜNAS ABDULLA SURUN ANADAN OLMASININ 140 VƏ MİLLİ MƏTBUATIMIZIN YARANMASININ 148-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİLİB
Tədbirin başlanğıcında iştirakçılar Abdulla Surun və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məsləkdaşlarından olmuş Əsgər Ağa Goraninin məzarlarını Gəncənin “Səbzikar” qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Sonra AMEA Gəncə Bölməsinin müşavirə salonunda mövzu üzrə dəyirmi masa keçirilib. Bölmənin sədrinin müavini Sara Əzizova tədbiri giriş sözü ilə açaraq, Abdulla Surun Azərbaycan ədəbiyyatşünaslıq və maarifçilik, o cümlədən mətbuat tarixində xüsusi izə malik olan səxsiyyət olduğunu diqqətə çatdıraraq, bu günki tədbirdə səslənəcək çıxışları millətimizin tərəqqisinə xidmət etmiş Gəncənin işıqlı simalarının həyat və fəaliyyətinin öyrənilməsinə daha bir töhfə kimi dəyərləndirib. Sonra mövzular üzrə çıxışlar olub.
AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov “Abdulla Surun Azərbaycan ədəbi və ictimai fikir tarixində mövqeyi” . AMEA Gəncə Bölməsi Elmi kitabxanasının müdiri Vüsalə Hüseynova “Abdulla Surun maarifçilik fəaliyyəti ”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin kiçik elmi işçiləri Aynur Mirişli “Abdulla Sur Əhməd Cavadın gözü ilə”, Leyla Kərimova “Abdulla Sur və Gəncə”, Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazova “Böyük sənət və ədəbiyyat sevdalısı Abddulla Sur”, Əməkdar jurnalist, yazıçı, publisist Nüşabə Əsəd Məmmədli “Gəncə şəhərində Abdulla Surun adının əbədiləşdirilməsi”, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova “Gəncənin 103 yaşlı mətbuat orqanı- “Gəncənin səsi” qəzeti”, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova “Abdulla Surun poetik dünyası”, AMEA Gəncə Bölməsi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “Milli mətbuatımızın yaranmasında Gəncədən olan görkəmli ictimai xadimlərimizin rolu”, Abdulla Surun yaxın qohumu, Azərbaycan Dövlət Aqrar Universitetinin Fizika və Riyaziyyat kafedrasının müdiri, dosent Qalib Ağayev “Abdulla Sur haqqında atamın xatirələri” mövzularıı üzrə çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr aparılıb.
Dəyirmi masa istər tarixi şəxsiyyətlərimizin xatirəsinin anılması, istər də elmi-kütləvi əhəmiyyət kəsb etməsi baxımından, olduqca faydalı tədbir kimi qiymətləndirilib.