XƏBƏRLƏR
19.09.2023 / Mühüm hadisələr
Dosent elmi adı almış gənc alim AMEA Gəncə Bölməsinin rəhbərliyi tərəfindən təbrik edilib

   Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun Yağlar və məlhəmlər laboratoriyasının müdiri Ayişə Həsənova Azərbaycan Respublikasının Prezidenti yanında  Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almışdır. Ayişə Həsənova bu ada texniki elmlər sahəsinin “Neft-qaz-daş kömür emalı texnologiyası” ixtisası izrə elmi fəaliyyətinə görə layiq görülüb.

   Gənc alim dosent diplomu alması münasibətilə AMEA Gəncə Bölməsində  təbrik edilib.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev kimya üzrə fəlsəfə doktoru Ayişə Həsənovanı səmərəli emi fəliyyəti, dərin bilik və bacarığı ilə seçilən gənc və perspektivli tədqiqtçı kimi xarakterizə edərək, onu dosent elmi adı alması münasibətilə təbrik edib. Akademik Fuad Əliyev həmçinin gənc alimin bundan sonra daha da əzmkarlıqla çalışaraq, elmdə yeni-yeni uğulara çatacağına inandığını bildirib.

   Gənc alimin həmkarları da çıxışlarında onu təbrik edərək, ən xoş arzularını çatdırıblar.

   Görüşün sonunda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev son dövrlər ölkəmizin ümumü tərəqqisi fonunda  elm sahəsində çalışan və bu yolda uğur əldə edən qadınların sayının artdığının cəmiyyətimizin sağlam inkişaf göstəricilərindən biri olduğunu da diqqətə çatdırıb.