XƏBƏRLƏR
20.09.2023 / Mühüm hadisələr
Gəncə ziyalılarından Silahli Qüvvələrimizin başladığı antiterror əməliyyatına dəstək

   AMEA Gəncə Bölməsində Azərbaycanın ərazi bötövlüyünün bərqərar edilməsi istiqamətində şanlı Silahlı Qüvvələrimizin Qarabağ iqtisadi rayonunun ərazisində erməni silahlı birləşmələrinə qarşı başladığı antiterror tədbirlərinə dəstək nümayiş etdirilməsi amalı ilə toplantı keçirilib.

   Tədbirdə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Vətən torpaqlarımızın bütövlüyünün təmin olunması, əzəli ərazilərimizdə suverenliyimizin bərqərar edilməsi naminə qətiyyətli siyasi iradə ilə, əzmlə, ardıcıl olaraq  qələbələrimizlə başa çatan  möhtəşəm tarixi işlər aparılr. Onun rəhbərliyi altında bu günlərdə rəşadətli ordumuz tərəfindən Qarabağda təxribatçı əməllərindən əl çəkmək istəməyən erməni silahlı qüvvələrinin tör-töküntülərinə qarşı başladılan və uğurla davam edən antiterror əməliiyatı da ürəyində Vətən sevgisi olan hər bir Azərbaycanlı tərəfindən böyük qürur hissləri ilə qarşılanıb. Akademik Fuad Əliyev bu gün Gəncə alimlərinin də bu elm ocağındakı görüşə məhz ölkəmizin ərazi bötüvlüyünü təhdid edən qüvvələrin terror əməllərinə birdəfəlik son qoymaq naminə dövlətimizin başladığı və uğurla nəticələnən hərbi tədbirlərə dəstək məqsədi ilə toplaşdığını vurğulayıb.

   Toplantının sonunda ziyalılar Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əlievə Gəncə ziyalıları adından müraciət ünvanlayıblar.