XƏBƏRLƏR
27.09.2023 / Mühüm hadisələr
27 Sentyabr Anım Günü ilə bağlı AMEA Gəncə Bölməsinin binasının qarşısında xüsusi tərtibat işləri aparılıb – FOTOLAR

   Gəncə şəhərində 27 Sentyabr – Anım Gününə hazırlıq işləri çərçivəsində AMEA Gəncə Bölməsinin binası da bu əlamətdar günün ruhuna uyğun olaraq, qürurlu görkəm alıb. Millətimizin tarix və incəsənətində öz izi olan böyük şəxsiyyətlərimizin abidələri fonunda bir millət, iki dövlət – Azərbaycan və Türkiyənin bayraqları çox möhtəşəm bir mənzərə yaradıb.