XƏBƏRLƏR
12.12.2023 / Mühüm hadisələr
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə AMEA Gəncə Bölməsində “Ata vəsiyyəti” kitabı nəşr olunub

   Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncamı əsasında Gəncə Bölməsində silsilə tədbirlər keçirilir, müxtəlif kitab və diğər çap materialları nəşr olunur.

   Bu günlərdə bu qəbildən olan növbəti elmi-kütləvi nəşrlərdən daha biri işıq üzü görüb. Gəncənin başlıca elm ocağının birgə əməyinin məhsulu olan “Ata vəsiyyəti” adı altında çapdan çıxmış kitab Azərbaycanın son iyirmi illik tarixində əldə olunmuş möhtəşəm uğur və qalibiyyətlərin yeganə düzgün strateji xətt olan Heydər Əliyev – İlham Əliyev siyasi varislik prinsipinin təntənəsi sayəsində mümkün olduğunun daha dərindən dərk edilməsi üçün tədqiqatçılara və sadə oxuculara köməkçi olacaq.

   Kitabda möhtərəm prezidentimiz İlham Əliyevin Ulu Öndər Heydər Əliyev və Azərbaycanın qədim tarixə malik Gəncə şəhəri ilə bağlı söylədiyi fikirlər, görkəmli dövlət və ictimai xadimlərin İlham Əliyev haqqındakı düşüncələri və 44 günlük Vətən müharibəsində ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin xarici jurnalistlərə verdiyi müsahibələrindən mühüm məqamlar öz əksini tapmışdır.

   Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Rəyasət Heyətinin 21 noyabr 2023-cü il tarixli 12/3 saylı qərarı əsasında işıq üzü görən kitabın layihə rəhbəri Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, tərtib edənlər Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və şöbə müdiri Təranə Verdiyevadır.