XƏBƏRLƏR
13.12.2023 / Mühüm hadisələr
AMEA Gəncə Bölməsinin kollektivi Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümümdə onun əziz xatirəsini yad edib

   Ölkəmizin hər yerində olduğu kimi, Gəncə şəhərində də Azərbaycan Dövlətçiliyinin memarı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi onun  vəfatının 20-ci ildönümü günü – dekabrın 12-də böyük ehtiramla anılıb.

   Ümummilli Liderin adını daışıyan meydana gün ərzində yüzlərlə Gəncə sakinlərinin axın etməsi, bu dahi şəxsiyyətin adı və Azərbaycanın işıqlı gələcəyinə həsr etdiyi həyatına sevgi və sadiqliyin daha bir təzahürüdür.

   Şəhərin İcra Hakimiyyətinin rəhbəri Niyazi Bayramov başda olamaqla, Gəncənin dövlət idarəetmə, hüquq-mühafizə, istehsalat, elm, təhsil, mədəniyyət, səhiyyə və digər qurumlarının nümayəndələri, ziyalılar Ulu Öndərin abidəsi önününə gül-çiçək dəstələri qoyublar.

   Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin kollektivi də Ümummilli Liderin abidəsini ziyarət edərək, onun işıqlı xatirəsini yad edib.

   Bölmənin şədri, akademik Fuad Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Televiziyasının Gəncə ilə canlı bağlantısına müsahibə verib.