XƏBƏRLƏR
22.01.2024 / Mühüm hadisələr
AMEA Gəncə Bölməsinin əməkdaşı beynəlxalq təlimdə iştirak edib

   AMEA Gəncə Bölməsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, tədqiqatçı Simuzər Qafarlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat olan “British Council”ın ölkəmizdə ilk dəfə təşkil etdiyi “Researcher Connect Online” proqramını uğurla başa vurub. Simuzər Qafarlı təlimin digər iştirakçıları ilə birgə Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Ferqus Auld tərəfindən sertifikatla təltif edilib. Təltifetmə mərasimi səfirliyin iqamətgahında keçirilib.

   “Researcher Connect Online” adlı interaktiv proqram müxtəlif ölkələrdə tədqiqatçıların onlayn əlaqələndirilməsinə xidmət edir. Proqram tədqiqatçılar arasında əməkdaşlığı gücləndirmək və onların fikir mübadiləsini asanlaşdırmaqla yanaşı, effektiv tədqiqatların aparılması və əsaslı elmi məqalələrin tərtib edilməsi üzrə təlimatları özündə birləşdirir.

   Tədbirdə  “British Council”ın Azərbaycandakı direktoru Nərgiz Hacıyeva da iştirak edib.