XƏBƏRLƏR
08.02.2024 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsinin rəyasət heyətinin növbəti iclası keçirilib

   AMEA Gəncə Bölməsi Rəyasət heyətinin iclasında ilk növbədə 2 Fevral Gənclər Günü münasibətilə kollektivin fəal elmi və ictimai fəaliyyəti ilə seçilən gəncləri təbrik edilib.

   AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev Gəncənin bu baılıca elm ocağında ənənəvi olaraq, daim gənc kadrlara, onların elm yolunda yüksəlməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. O, qeyd edib ki, kollektivin gənc tədqiqatçıları mütəmadi olaraq, müxtəlif elmi forumlarda,  respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edir, öz yüksək nəticələri ilə Gəncə elmi məktəbinin ənənələrinin şərəfini ucaldırlar.

   Akademik Fuad Əliyev bildirib ki, bu günlərdə  AMEA Gəncə Bölməsinin gənc alimi, Humanitar Tədqiqatlar İnstitutunun kiçik elmi işçisi Vüqar Əhmədli 2 fevral Gənclər günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli tərəfindən "İlin gənc alimi" mükafatına layiq görülüb. Akademik Fuad Əliyev gənc alimi bir daha təbrik edib.

   Həmçinin Gənclər Günü münasibətilə bu elm ocağının  daha iki əməkdaşına – Nizami Gəncəvi Mərkəzinin kiçik elmi işçisi Xəyalə Hüseynovaya və Elektron xidmətlər şöbəsinin aparıcı mütəxəssisi Əhməd Aslanova tədqiqat işləri və ictimai həyatda fəal mövqelərinə görə, AMEA Gəncə Bölməsinin Fəxri Fərmanı təqdim olunub. Akademik Fuad Əliyev gənclərə ölkəmizin daha da çiçələnməsi naminə əmək və ictimai fəalityyətlərində uğurlar arzulayıb.

   Müşavirədə akademik Fuad Əliyev həmçinin Gəncədə daim yüksək dövlətçilik ənənələrinin mövcudluğunu, bu şəhərin ölkənin ictimai-siyasi  həyatında aparıcı mövqeyini vurğulayaraq, qarşıdakı tarixi hadisə - Prezident seçkilərdə gəncəlilərin hər zaman olduğu kimi, yüksək vətəndaşlıq mövqeyi və fəallıq  nümayiş etdirərək, ən layiqli namizədə səs verəcəklərinə inandığını vurğulayıb.

   Toplantıda həmçinin Gəncənin bu başlıca elm ocağının təməlinin qoyulduğu andan, 40 ildən çoxdur ki, ona rəhbərlik edən, hazırki AMEA Gəncə Bölməsinin sədri akadeik Fuad Əliyev  ad günü  münasibətilə kolektiv aından  təbrik edilib.

   Yarım əsrə yaxındır ki, Gəncənin  alim və ziyalı mühitini şərəflə təmsil edərək onun elmi, mədəni, ictimai həyatında daim fəal mövqeyi ilə seçilən, bu illər ərzində şəhərin inkişafına sanballı töhfələr vermiş Fuad müəllim haqqında ürək sözləri çatdırılıb.