XƏBƏRLƏR
08.02.2024 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsində institutların planları və cari məsələlər müzakirə edilib

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin yanında keçirilən müşavirədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun, Bioresurslar İnstitutunun, Aqrar Problemlər İnstitutunun və Nəbatat Bağının illik iş planları və tədqiqat üzrə istiqamətləri müzakirə edilib.

   Müşavirədə həmçinin AMEA Gəncə Bölməsində qarşıdakı aylar ərzində planlaşdırılan konfrans və dəyirmi masalar, o cümlədən akademik Həmid Arasllının anadan olmasının 115 illiyi, 27 Mart – Elm günü, Xocalı soyqırımının 32-ci ildönümü, Naxçıvar Muxtar Respublikasının yaradılmasının 100 illiyi və digər məsələlərlə bağlı nəzərdə tutulan tədbirlərə hazırlıqlar haqda müzakirələr aparılıb.