XƏBƏRLƏR
15.02.2024 / Mühüm hadisələr
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə

   Möhtərəm cənab Prezident!

   Dünya azərbaycanlılarının hər biri kimi Gəncənin elm ictimaiyyəti və ziyalıları növbədənkənar prezident seçkilərində əldə etdiyiniz möhtəşəm qələbənizi təbrik edir. Bu qələbə xalqın prezidentə olan məhəbbət və etibarının sadəcə rəqəmlərdə ifadəsi deyil, həm də insanların çıxışlarında öz əksini tapmışdır. Artıq düşmən tapdağından azad etdiyiniz bütöv Azərbaycan torpaqlarının hər bir güşəsində qədirbilən xalqımızın nümayəndələri Sizə səs verərək dövlətə və dövlətçiliyə olan sədaqətlərini bildirdilər.

   Sizin Milli Məclisdə xalqın seçdiyi millət vəkilləri qarşısında dərin və hərtərəfli çıxışınız yəqin ki,  dünya siyasətçilərinə Sizin müdrik və geniş miqyaslı rəhbərlik qabiliyyətinizi bir daha bəyan etdi.

   Dünyanın bütün sülhsevər ictimaiyyəti ilə əlaqələrin yaradılması və insanlıq naminə bəyan etdiyiniz “Yaşıl dünya naminə həmrəylik” şüarı hər bir sivil insanın qəlbindən keçən fikirdir.

   Cənab prezident!

   Sizin yaratdığınız müstəqil və möhkəm dövlətdə yaşamaqdan qürur duyduğumuzu bildiririk. Bütün dünyaya qətiyyətlə bəyan etdiyiniz “Dəmir yumruq” ətrafında birləşərək çətin və şərəfli işlərinizdə Allahdan Sizə və ailənizə can sağlığı, yeni-yeni uğurlar arzu edirik!

 

   Hörmətlə

Azərbaycan Milli Elmlər Akademiyası

Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev