AMEA Gəncə Bölməsində dissertantlar üçün mühazirələr davam etdirilir
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “Doktorant və dissertantlar üçün ixtisas fənnindən ictimai əsaslarla mühazirələrin təşkil edilməsi” haqqında qərarının müddəalarına uyğun olaraq, AMEA Gəncə Bölməsində də cari il üçün bu yöndə müvafiq mühazirələrin keçirilməsi davam etdirilir.
Bu qəbildən olan növbəti görüşün başlanğıcında çıxış edən AMEA Gəncə Bölməsinin sədrinin müavini, kimya üzrə fəlsəfə doktoru Sara Əzizova mühazirələrin təşkilinin məqsədinin dissertantların hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini bildirib.
Saya üçüncü mühazirə Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova tərəfindən “Azərbaycan erkən orta yüzilliklərdə. Azərbaycan xalqının təşəkkül tapması”mövzusunda aparılıb.
Mühazirəçi Azərbaycanda erkən orta əsrlərdəki proseslər haqda danışaraq, xüsusən islam dininin yayılmasından sonra xalqın təşəkkülü məsələlərini izah edib.
Mühazirədə səslənən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.