XƏBƏRLƏR
27.02.2024 / Müsahibələr, çıxışlar
AMEA Gəncə Bölməsində dissertantlar üçün növbəti mühazirə

   Görüşün başlanğıcında çıxış edərkən,  AMEA Gəncə Bölməsinin sədrinin müavini, kimya üzrə fəlsəfə doktoru Sara Əzizova mühazirələrin təşkilinin məqsədinin dissertantların hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini bildirib.

   Bu dəfə  Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova tərəfindən “Azərbaycan Ərəb xilafətinin tərkibində”mövzusunda mühazirə aparılıb.

   Mühazirədə səslənən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

   Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “Doktorant və dissertantlar üçün ixtisas fənnindən ictimai əsaslarla mühazirələrin təşkil edilməsi” haqqında qərarının müddəalarına uyğun olaraq, AMEA Gəncə Bölməsində də cari il üçün bu yöndə müvafiq mühazirələrin keçirilməsi davam etdirilir.