
AMEA-nın Gəncə Bölməsində “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunan seminar keçirilib
Azərbaycanın mədən sənayesinin inkişafının yaşıl enerji istehsalındakı rolunun artmasına həsr olunan seminar alim və tədqiqatçıların bu sahədə məlumatlılığının artırılmasına və birgə elmi tədqiqatların aparılmasına imkan yaradır.
“Mis və digər metalların yaşıl enerjiyə keçiddə rolu, gələcək proqnozları, Azərbaycanda son zamanlar kəşf olunmuş yataqlar” mövzusundakı seminarı “Azerbaijan İnternational Mining Gompany Limited” şirkətinin Geoloji kəşfiyyat şöbəsinin müdiri, yer elmlərin üzrə fəlsəfə doktoru Anar Vəliyev aparıb.
Bu sahədə özünün bir sıra tədqiqatları ilə tanınan A. Vəliyev 14 elmi əsərin, 27 tezisin, 1 monoqrafiyanın və İngiltərədə çap olunmuş “Vilkanolologiya yenilikləri” kitabının müəllifidir. O, həmçinin ABŞ və İniltərənin İqtisadçı Geoloqlar Cəmiyyətinin üzvüdür.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev son dövrlər Azərbaycanın müasir dünyada ekoloji tarazlığın qorunması, o cümlədən yaşıl enerji istehsalı imkanlarının artırılması məsələlərində aparıcı mövqeyə sahib olduğunu vurğulayıb. O, 2024-cü ilin ölkə başçısı tərəfindən “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsini və BMT-nin qlobal iqlim dəylişmələri ilə mübarizə üzrə Çərçivə konvensiyasının Tərəflər Konfransının COP29-un Bakıda keçirilməsini Respublikamızın bu sahədə nüfuzunun artırdığına diqqət çəkib.
Akademik Fuad Əliyev həmçinin dünyada yaşıl enerji istehsalı və nəqli üçün mədən sənayesinin məhsullarına, mis və diğər metallara tələbatın artacağına diqqət çəkib. Bu baxımdan, mütəxəssis və tədqiqatçıların bu sahədə bilgilərinin zənginləşdirilməsinin vacibliyini və birgə elmi tədqiqatların aparılmasını vurğulayıb.
Məruzəçi Anar Vəliyev Azərbaycan ərazisində mədən sənayesinin tarixçəsi, inkişaf mərhələləri, faydalı yataqların geoloji kəşfiyyatı, bu sahənin gələcək perspektivləri haqda çıxış edib. Qeyd edilib ki, müasir dünyada hər bir dövlətin iqtisadi qüdrəti onun dağ-mədən sənayesinin inkişafı ilə sıx bağlıdır. Bu sahə sənaye və digər istehsal sahələrinin formalaşması və fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edir. Müasir şəraitdə isə bu sahə yaşıl enerjiyə keçid məsələlərinin həlli, ekoloji enerji istehsalının texniki təminatı üçün xüsusilə vacib amilə çevrilir. Dağ-mədən sənayesi həm də Azərbaycanın iqtisadi cəhətdən dünya bazarlarındakı mövqelərinə də təsir edir. Belə ki, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirəcək qədər müxtəlif faydalı qazıntı yataqları mövcuddur.
Məruzəçi seminar iştirakçılarını maraqlandıran məsələləri cavablandırıb və birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.
Seminarın sonunda akademik Fuad Əliyev maraqlı və vacib mühazirə üçün Anar Vəliyevə təşəkkürünü bildirib.