XƏBƏRLƏR
28.12.2024 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsində “Azərbaycan gəncliyi və “Yaşıl Dünya Naminə Həmrəylik İli” mövzusunda dəyirmi masa keçirilib

Tədbir Azərbaycan Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və Bölmənin Gənc alim və mütəxəssislər Şurası tərəfindən təşkil olunub.

   Dəyirmi masanı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçiliyimizin tərəqqisinin əsas hərəkətverici qüvvəsi olan Azərbaycan gəncliyi, ölkənin iqtisadi və ictimai-siyasi  həyatının daha yüksək  mərhələlərə qaldırılmasına  öz töhfəsini verməkdədir, Milli Liderin strateji kursunun bu gün də cənab Prezident İlham Əliyevin müasir əsaslarla daha uğurla davam etdirilməsi ilə inkişaf edən ölkəmizdə gənc nəslin potensialının hərtərəfli inkişafı üçün etibarlı zəmin yaradılıb.

   Akademik Fuad Əliyev həmçinin Gəncənin bu başlıca elm ocağında ənənəvi olaraq, daim gənc kadrlara, onların elm yolunda yüksəlməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb və qeyd edib ki, kollektivin gənc tədqiqatçıları mütəmadi olaraq, müxtəlif elmi forumlarda,  respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edir, öz yüksək nəticələri ilə Gəncə elmi məktəbinin ənənələrini davam etdirirlər.

   Sonra məruzələr dinlənilib.

   AMEA Gəncə Bölməsinin  Gənc Alim və Mütəxəsislər Şurasının sədri Vüqar Əhmədli “Heydər Əliyev və gənclər siyasəti”, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Gənclər paytaxtı konsepti, tarixi, seçim prosesi və Gəncənin rolu”, Bölmənin Mülki müdafiə qərargahının rəisi Vüsal Eminbəyli "Gəncədə idman infrastrukturunun inkişafı”, Diyarşünaslıq  İnstitutunun əməkdaşı İlahə Əsədzadə “Zəfərə aparan vətənpərvər gənclik” mövzuları izrə çıxış ediblər.

   Dəyirmi masanın yekununda AMEA-nın sədri məruzələrin maraqlı olduğunu, xüsusən Gəncənin 2016-cı ildə Avropa Gənclər Paytaxtı, gələn 2025-ci il üçün isə ölkəmizdə keçiriləcək MDB-nin İdman Oyunlarının əsas şəhəri olması məsələlərinin və bu hadisələrin böyük ictimai, siyasi və mədəni əhəmiyyətinini tədbirdə geniş şərh olunmasından məmnun qaldığını qeyd edərək, iştirakçılara minnətdarlıq bildirib.