
“Nizamişünaslıq” elmi əsərlər jurnalının növbəti nömrəsi çapdan çıxmışdır
AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin “Nizamişünaslıq” elmi əsərlər jurnalının 11-ci nömrəsi çapdan çıxıb.
Jurnalda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı və yaradıcılığı,əsərlərinin tədqiqi tarixi, tədqiqatçıları, mövzu və ideyası, “Xəmsə”də jestlərin semiotikası, Şərq poeziyasındakı mövqeyi, təsir dairəsi, əlyazmalarının tarixi kimi mühüm mövzuları əhatə edən məqalələr Azərbaycan, ingilis və rus dillərində çap olunmuşdur.
“Nizamişünaslıq” elmi əsərlər jurnalı ildə iki dəfə çap olunmaqla olmaqla Azərbaycan,ingilis və rus və digər dillərdə məqalələr nəşr olunur.
Jurnalın nüsxələri müvafiq kitabxanalara paylanılmaqla, elektron variantı da internet saytına yerləşdirilir.
Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN), Rəqəmsal Obyekt İdentifikatoru (DOI) standartları ilə nəşr olunmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə tövsiyə olunan dövri elmi nəşrlər siyahısına daxildir.
"Azərbaycan Milli Elmlər Akademiyası 2023-cü il iyun ayından etibarən rəqəmsal obyekt identifikatoru (DOI) verilməsi ilə əlaqədar “DOI” Beynəlxalq Fondunun “Crossref Publishers International Linking Association, Inc.” Rəsmi Qeydiyyat Agentliyinə ali qurum qismində üzv olmuşdur. “Crossref Publishers International LinkingAssociation, Inc.” tərəfindən AMEA adı altında https://doi.org/10.59849/ prefiksi təsis edilmişdir.
AMEA nəşrlərinə (jurnallar, konfrans materialları və s.) rəqəmsal obyekt identifikatoru (DOI) ödənişsiz təqdim olunur".
“Nizamişünaslıq” elmi jurnalı ilə tanış olmaq və əldə etmək istəyənlər jurnalın https://ameagb.az/az/https://ameagb.az/az/content/71 saytına daxil olub istifadə edə bilərlər.
Jurnalda məqalələrin nəşrinə qoyulan tələblər hər bir sayın son səhifəsində üç dildə yerləşdirilmiş və məqalə göndərmək üçün nizamicenter1141@gmail.com elektron poçtu qeyd edilmişdir.