XƏBƏRLƏR
14.01.2025 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsində vakant elmi vəzifələr üzrə müsabiqə yekunlaşıb

   Səsvermənin nəticələrinə görə 9 nəfər namizəddən 6 nəfəri iddia etdikləri vəzifələri qazanıblar

   Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində vakant yerlərin tutulması üçün müsabiqə haqda Bölmənin rəsmi saytı, eləcə də AMEA-nın “Elm” qəzetində 29 noyabr 2024-cü il tarixində  elan verilmiş və  9 nəfər əməkdaş həmin müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət etmişlər.

   Belə ki, Bölmənin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi Xəyalə Rasim qızı Hüseynova həmin Mərkəzin “Nizaminin elmi-fəlsəfi görüşləri”şöbəsi üzrə vakant olan şöbə müdiri vəzifəsni,”Nizami yaradıcılığının tərcüməsi” şöbəsinin böyük elmi işçi əvəzi, dosent Aləmzər Tofiq qızı Tağıyeva həmin şöbənin vakant olan böyük elmi işçi vəzifəsini,  həmin şöbənin kiçik elmi işçisi əvəzi Aynurə Tahir qızı Əmiraslanova həmin şöbənin vakant olan elmi işçi vəzifəsini, “Dünya nizamişünaslığının tədqiqi” şöbəsinin kiçik elmi işçisi Aynur Miriş qızı Mirişli həmin şöbə üzrə vakant olan elmi işçi vəzifəsini, “Beynəlxalq əlaqələr” şöbəsinin kiçik elmi işçisi Leyla Azad qızı Kərimova həmin şöbə üzrə vakant olan elmi işçi vəzifəsini, Bölmənin Diyarşünaslıq İnstitutunun arxeologiya şöbəsinin elmi işçi əvəzi Elnur Lətif oğlu Həsənov həmin şöbədə vakant olan elmi işçi vəzifəsini, həmin institutun tarix şöbəsinin laborantı İlahə Arif qızı Abdullayeva həmin şöbədə vakant olan kiçik elmi işçi vəzifəsini, həmin institunun arxeologiya şöbəsinin  laborantı Aytən Arif qızı İsayeva şöbədə vakant olan kiçik elmi işçi vəzifəsini, həmin institutun etnoqrafiya şöbəsinin kiçik elmi işçi əvəzi Jalə Əbülfət qızı Əhmədova şöbə üzrə vakant olan kiçik elmi işçi vəzifəsini tutmaq üçün müsabiqədə iştirak ediblər.

   Toplantıda çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev namizədləri və müsabiqə üzrə yaradılmış komissiya üzvlərinin salamlayaraq, onlara uğurlar arzulayıb. O, həmçinin tədqiqatçiların elmi  fəaliyyətinin qiymətləndirilməsində onların elmi məqalə və digər çap materiallarının Rəyasət Heyətinin təsdiq etdiyi plana əsasən həyata keçirilməsinin, məqalə və tezislərin ekzpertizadan keçməsinin əsas olduğunu bildirmişdir.

   Elmi şurada çıxış edənlər - Bölmənin sədr müavini, müsabiqə komissiyasının sədri Sara Əzizova  namizədlərin müsabiqə qaydasına müvafiq olaraq, keçdikləri mərhələlər haqda danışıb,  elmi katib Günay Cəfərova isə namizədlərin bioqrafik və elmi fəaliyyət məlumatlarını diqqətə çatdırıb.  

   Səs vermə yolu ilə hesablama komissiyasının tərkibi isə sədr Nərgiz Rəsulova, üzvləri Nailə Hacıyeva və Vüqar Əhmədov olmaqla müəyyənləşib.

   Sonra müsabiqədə iştirak edən namizədlərə  səs vermə keçirilib.

   Yekunda müsabiqə üzrə hesablama komissiyasının sədri Nərgiz Rəsulova nəticələri elan edib.

   Nəticələrə görə Jalə Əhmədova, Aləmzər Tağıyeva və Elnur Həsənov kifayət qədər səs toplamadıqları üçün iddia etdikləri vəzifələri tuta bilməyiblər.

   Xəyalə Hüseynova, Aynurə Əmiraslanova, Aynur Mirişli, Leyla Kərimova, İlahə Abdullayeva və Aytən İsayeva isə uğur qazanaraq, yuxarıda göstərilən vəifələrə layiq görülüblər.