XƏBƏRLƏR
15.01.2025 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

    İclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub

    AMEA-nın Gəncə Bölməsinin sədri, Rəyasət Heyəti tərəfindən 2025-ci ildə humanitar və ictimai sahədə həyata keçiriləcək elmi-tədqiqat işləri haqda məruzə edib. Cari ildə Bölmənin Nizami Gəncəvi Mərkəzi, həmçinin Diyarşünaslıq və Humanitar Tədqiqatlar institutları əməkdaşları tərəfindən aparılacaq nizamişünaslq, tarix, arxeoıogiya, xalq yaradıcılığı, sənətkarlıq sahələrini əhatə edən elmi seminarların plan və mövzuları müzakirə edilib.

    AMEA-nın Gəncə Bölməsində elmi işçi vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri haqda məlumat verilib. Akademik Fuad Əliyev müsabiqənin gedişinin, eləcə də onun səsvermə mərhələsinin şəffaflıq şəraitində keçdiyini, həmçinin tədqiqatçiların elmi  fəaliyyətinin qiymətləndirilməsində onların elmi məqalə və digər çap materiallarının Rəyasət Heyətinin təsdiq etdiyi plana əsasən dərc olunması, məqalə və tezislərin ekzpertizadan keçməsinin təmin olunmasının vacibliyini vurğulayaraq, məhz bu baxımdan səsvermənin nəticələrinə görə 9 nəfər namizəddən 6 nəfərinin iddia etdikləri vəzifələri qazanıqlarını diqqətə çatdırıb.

    İclasdakı digər məsələ AMEA-nın Gəncə Bölməsinin ümumi işlər üzrə sədr müavini Rasim Mustafa oğlu Tağıyevin 75 illik yubileyi ilə bağlı onun haqqında AMEA-nın  Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılması haqda olub.  Bu haqda öz mülahizələrini bildirən akademik Fuad Əliyev Gəncədəki bu elm ocağının fəaliyyətə başladığı ilk gündən burada çalışan Rasim Tağıyevi yüksək təşkilati və insani kefiyyətlərə malik dəyərli kadr və məsləkdaş kimi xarakterizə edib.

    AMEA-nın Gəncə Bölməsinin sədr müavini Sara Əzizova   AMEA-nın  Rəyasət Heyətinin qarşısında R. Tağıyevin AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunması üzrə Bölmə tərəfindən verilən vəstətin mətnini səsləndirib.

    Toplantıda daha bir məsələ görkəmli nizamişünas alim, Əməkdar Elm Xadimi, professor Xəlil Yusiflinin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan və dünya Nizamişünaslığının aktual problemləri”  mövzusunda keçiriləcək elmi konfransın tarixini haqda olub. Qeyd olunub ki, həmin mötəbər elmi tədbirin iyun ayında baş tutacağı planlaşdırılır.

    İclasda bir sıra cari məsələlər haqda da söhbət gedib.