
AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib
İclasda elmi hesabatlarn təqdim edilmə qaydaları, AMEA-nın 80 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərə hazıırlıq, həmçinin əməkdaşların elmi və elmi-populyar nəşrlərdə dərc olunmuş məqalələri, beynəlxalq konfranslarda iştirakı haqda məlumatlar dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev gündəlikdəki bu məsələlər haqda çıxış edib. O, bildirib ki, hazırda Elm və Təhsil Nairliyinin tabeliyində fəaliyyət göstərən Ekologiya və Təbii Ehtiyatlar, Bioresurslar, Aqrar Problemlər institutları eləcə də Nəbatat Bağı vaxtılə AMEA-nın Gəncə Bölməsinin tərkibində yaradıldığı və uzun müddət buradakı tədqiqatlar Bölmənin kurasiyası altında aparıldığından bu təsisatların hesabatlarının hazırlanması və təqdim edilməsi prosesinin tənzimlənməsinə də Bölmə tərəfindən dəstək verilməsi məqsədəuyğun bilinib.
Bu baxımdan, iclasda, sözügedən institut və qurumların hesabatlarının forma, məzmun, texniki və digər tərtibat qaydalarının, təqdim olunma prosedurlarının doğru və düzпün yerinə yetirilməsi məsələləri müzakirə edilib və bu istiqamətlərdə müvafiq tövsiyələr verilib.
İclasda qarşıdan gələn əlamətdar tarix – AMEA-nın yaradılmasının 80 illiyi münasibətilə Gəncə Bölməsində hazırlanmış tədirlər planı müzakirə edilib. Bu stiqamətdə görüləcək işlər, nəşrlərin hazırlanması, konfrans və sərgilərin keçirilməsi haqda söhbət gedib, onların tarixləri müəyyənləşdirilib. Bu xüsusda AMEA-nın Gəncə Bölməsinin yaranma tarixi və burada aparılmış tədqiqatların istiqamətləri haqda materilaların hazırlanması müvafiq şöbələrə tapşırılıb.
Toplantıda əməkdaşların elmi və elmi-populyar nəşrlərdə dərc olunmuş məqalələri, beynəlxalq konfranslarda iştirakı haqda məlumatlar da dinlənilib.
İclasda Bölmə üzrə bir sıra cari məsələlər haqda da danışılıb.