
Azərbaycan Dövlər Aqrar Universiteti akademik Fuad Əliyevi 75 illiyi münasibətilə təbrik edib
ADAU-nun elmi şurasının iclasında Əməkdar Elm xadimi, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 75 illik yubileyi qeyd olunub. ADAU-nun rektoru, dosent Zəfər Qurbanov təbrik nitqi ilə çıxış edib. O, akademik Fuad Əliyevi Azərbaycan elminin inkişafına əhəmiyyətli töhfələr verən tanınmış alim, həmçinin Gəncə və qərb regionunun ictimai həyatında böyük rol oynayan şəxsiyyət kimi xatrakterizə edib.
ADAU-nun elmi şurasının katibi, dosent Səbuhi Məmmədov çıxışında akademik Fuad Əliyevin Gəncənin elmi potensialının yüksəldilməsi, xüsusilə AMEA-nın Gəncə Bölməsinin yaradılması, onun inkişafının zamanın tələblərinə uyğun surətdə təmin olunmasında müstəsna rolu olduğunu qeyd edib.
ADAU-nun rəhbərliyi adından akademikFuad Əliyevə yazılı bürünc xatirə lövhəciyi və hədiyyə təqdim edilib.
Akademik Fuad Əliyev çıxış edərək, Azərbaycanın qocaman elm və ali təhsil ocaqlarından biri, aqrar elmimizin inkişafında aparıcı mövqeyi və qabaqcıl ənənələri ilə seçilən ADAU-nun rəhbərliyi və əməkdaşlarına göstərdikləri diqqət və ehtirama görə dərin minnətdarlıq bildirib. O, həmçinin rəhbərlik etdiyi elm ocağı – AMEA-nın Gəncə Bölməsində elmin səmərəliliyinin artırılması naminə, şəhərdə yerləşən ali təhsil ocaqlarında, o cümlədən ADAU-da çalışan alim və tədqiqatçılarla əməkdaşlığa daim diqqət verildiyini və bu qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayıb.