XƏBƏRLƏR
26.04.2025 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsində Gəncənin ədəbiyyat tariximizdəki yerinə dair respublika konfransı

   Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA-nın Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda Respublika Elmi-nəzəri konfransı keçirilib.

   Konfransda ölkənin elmi-tədqiqat və ali təhsil ocaqlarının alim və araşdırmaçıları iştirak ediblər.

   Tədbirdən əvvəl AMEA-nın Gəncə Bölməsinin elmi nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.

   Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş  Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

   Giriş sözündə AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov konfransın iştirakçıları və qonaqlarını salamlayıb, O, Respublika elmi-nəzəri konfransının 7 bölmədə onlarla məruzəni əhatə etdiyini bu elmi tədbirin mötəbər liliyindən xəbər verdiyini vurğulayaraq, onun işinə uğurlar arzulayıb.

   AMEA-nın Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun ədəbiyyat şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva da konfransın bölmələrindəki tədqiqat mövzularının istiqamətləri haqda məlumat verib.

   Sonra respublika konfransının plenar iclaşı olub.

   AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini  fil.ü.f.d.Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi əfsunu”, AMEA-nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan fil.e.d., professor İmamverdi Həmidov “Gəncəli şairin ərəbcə şeirləri”, fil.e.d Almaz Ülvi Binnətova “Sahib İbrahimlinin “Aşıq Ələsgər şeirlərinin sənətkarlıq xüsusiyyətləri” əsərinin nəzəri əsasları üzərindən bəzi qeydlər”, fil.ü.f.d., dosent Şüküfə Vəliyeva “Xəzangül  Hüseynova poetikası-nın ideya xüsusiyyətləri”, Gəncə Dövlət Universitetindən fil.ü.f.d. Aynur Novruzova “Gəncə ədəbi mühitində uşaq ədəbiyyatının təşəkkülü və  ideya-bədii sisteminin formalaşmasına Nizami “Xəmsə”sinin təsiri” mövzularında çıxış ediblər.

   Plenar iclasda həmçinin konfransın qonaqları da öz ürək sözlərini çatdırıblar.

   Konfransın sonrakı mərhələsində “XI-XII əsrlər Azərbaycan intibahı və Gəncə ədəbi-mədəni mühiti”,  “Gəncə intibahına aparan yollar”, “Məhsəti dövründə yaşayıb-yaratmış qadın şairlər və “Nüzhətül-məcalis”də adları çəkilən gəncəli şairlə”, “Dünya ədəbiyyatının Nizami mərhələsi”,  “XIX əsrdə  Gəncədə maarifçiliyin təşəkkülü və inkişafı”, “XX əsrdə və müstəqillik illərində Gəncə ədəbi-mədəni mühiti” və  “Azərbaycanın dövlətçilik  və mədəniyyət tarixində Gəncənin yeri” adlı 7 bölmə üzrə daha 32 məruzə dinlənilib.

   Sonda iştirakçılara konfransın materiallarının çap olunduğu kitabça təqdim edilib.