Gəncə alimlərinin məktəblərlə ekoloji maariflənmə tədbirləri davam etdirilir
AMEA-nın Gəncə Bölməsinin, eləcə də AR ETN-nin bu şəhərdəki elmi tədqiqat ocaqlarının təşəbbüsü ilə Gəncə məktəbliləri ilə ətraf mühitin qorunması mövzulu ənənəvi görüşlər keçirilir.
Ekologiya və Təbii Ehtiyatlar İnstitutu və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şəhərin N. Nərimanov adına 25 saylı orta məktəbində keçirilən görüş də bu sıradandır.
Bu məktəbdə «EKOLOJİ PROBLEMLƏRİN ORTA TƏHSİL SİSTEMİNDƏ HƏLLİ» mövzusunda müəllim və şagirdlərlə dəyirmi masa keçirilib. Görüşdə adı çəkilən qurumların,həmçinin AMEA-nın Gəncə Bölməsinin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü naminə canlarından keçmiş Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Dəyirmi masanı giriş sözü ilə AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent Mahirə Şərifova açaraq, qloballaşan müasir dünyanın həlli ən vacid olan probleminin sivilizasiyanın xilası naminə ekoloji məsələlərin həlli olduğunudiqqətə çatdırı. M.Şərifova qeyd edib ki, ölkəmizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət və gələcəyə hesablanmış dəqiq inkişaf strategiyası sayəsində Azərbaycan sürətlə tərəqqi etmiş və onun beynəlxalq nüfuzu yüksəlmişdir. O, ötən il ölkəmizin ev sahibliyi ilə keçirilən COP29 – BMT-nin İqlim dəyişikilyi ilə mübarizə məsələlərinə həsr olunan konfransın möhtəşəm miqyasının da bunun daha bir sübutu olduğunu qeyd edərək, həmin tədbirdə səslənən çağırışlarln alimlərimizin qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb. M.Şərifova məhz bu baxımdan, ekosistemin qorunması məsələlərinə mütəxəssislərlə yanaşı bütün vətəndaşların öz töhfələrini verməsi vacibdir və bu işdə xüsusilə yetişməkdə olan nəslin ekoloji bilgilərinin artırılmasına diqqət verilməlidir.
AR ETN N.Nərimanov adına 25 saylı tam orta məktəbin direktoru Alik Əliyev, həmçinin Tədris işləri üzrə direktor müavini Nailə Muradova çıxışlarında şagirdlərlə təbiətin qorunması, ekoloji maariçilik xarakterli görüşlərin vacibliyinə diqqət çəkiblər və bu cür görüşlərin təşkili üçün Gəncənin alim və mütəxəssislərinə təşəkkür ediblər.
Sonra dəyirmi masanın tematik məuzələri dinlənilib.
Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun Fiziki-kimyəvi analiz laboratoriyasının mühəndsi Lamiyə İsmayılova “Ekoloji təhsilin elmi əsasları. Orta məktəblərdə ekoloji təhsil”, Tullantıların araşdırılması və tədqiqi laboratoriyasının nühəndisi Pərvin Babayeva “Ekologiyada qanunvericilik və dövlət siyasəti”, Fiziki-kimyəvi analiz laboratoriyasının elmi işçisi Aygün Məmmədova “ Ekoloji problemlərin qarşısının alınmasında məktəblərin rolu”, Tullantıların araşdırılması və tədqiqi laboratoriyasının mühəndisi Zülfiyyə Aslanova “Plastik tullantıların səmərəli istifadəsində ekosistemin qorunması”, Naftalan nefti və səthi aktiv maddələr laboratoriyasının kiçik elmi işçisi Fidan Ələsgərova “Ətraf mühitin qorunmasında kağız tullantılarının təkrar emalı”, N.Nərimanov adına 25 saylı tam orta məktəbin müəllimi Tərifə Əliyeva “Şagirdlərdə təbiəti qoruma vərdişlərinin erkən yaşlardan inkişafı”, Fiziki-kimyəvi analiz laboratoriyasının mühəndisi Ayşən Əsgərova “Ekoloji təhsilin mahiyyəti və təlim”, , Naftalan nefti və səthi aktiv maddələr laboratoriyasının kiçik elmi işçi Günay Həsənova “Təhsil proqramında ekoloji mövzular”, Tullantıların araşdırılması və tədqiqi laboratoriyası mühəndisi, Ruhiyyə Hacıyeva “Ekoloji düşüncənin şagirdlərə aşılanması”mövzularında çıxış ediblər.
Tədbirdə həmçinin orta məktəblərdə ekoloji maarifləndirmənin praktiki həlli yolları, iqlim dəyişikliyi, hava və suyun çirklənməsinə təsir edən amillər, meşələrin qorunması, tullantıların neytrallaşdırılması üsulları, biomüxtəlifliyin qorunlması, şagirdlərdə ekoloji şüurun formalaşdırılması, ekoloji dərslərin artırılması, ”Yaşıl məktəb” və “Ekoklub” təşəbbüslərinin genişləndirilməsi və digər məsələlər müzakirə edilib.