XƏBƏRLƏR
02.09.2025 / Konfranslar, iclaslar
Tarix və mədəniyyət abidələrinin qorunması məsələləri AMEA-nın Gəncə Bölməsində keçirilən dəyirmi masada müzakirə edilib

Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkiliiyinin (Ombudsmanının) Qərb Regional Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasın  Gəncə Bölməsi və Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində keçirilən "Tarix və mədəniyyət abidələrinin qorunması" mövzusundakı dəyirmi masada Gəncə və ətraf bölgədə çalışan alim və mütəxəssislər iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Dəyirmi masanı giriş sözü ilkə AMEA-nın Rəyasət Heyətinin üzvü,  Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq, iştirakçıları salamlayıb və müzakirə olunacaq mövzuların elmi və işgüzar əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, bu baxımdan, tədbirin tədqiqatçılar, eləcə də müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər üçün faydalı olacağına inamını bildirib.

Akademik Fuad Əliyev  “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində Gəncə Bölməsində silsilə tədbirlərin davam etdirildiyini vurğulayaraq, tarixi və mədəni abidələtimizin mühafizəsi məsələlərinin dövlətçiliyimizin, suverenliyimizin daha da möhkəmləndirilməsinə ziyalıların töhfələrindən biri kimi  səciyyələndirib və hazırki tədbirin də məhz bu məqsədə xidmət etdiyini bildirib.

O, həmçinin çıxışında şəhərin tarixinə və mədəniyyətinə aid abidələrin qorunmasının elmi təminatı, onların qeydiyyatının, muzeylərdə eksponat və fondların dəqiqləşdirilməsinin vacibliyi haqda da danışıb, eləcə də  Şərqinin böyük memarı, 16-cı əsrdə Gəncədə bir sıra bina və qurğular inşa etmiş Şeyx Bahəddin Amilinin irsinin ətraflı öyrənilməsinə, o cümlədən onun təfəkkürünün və mühəndis bacarığının  məhsulu olan Gəncənin yeraltı yollarının mövcudluğunun təsdiqinə nail olunması məsələlərinə də toxunub.      

"Gəncə şəhərinin mədəni irsinin qorunmasının  vəziyyəti haqqında"  Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov çıxış edib. O, tarix və mədəniyyət abidələrinin qorunması və bərpasının dövlət siyasətinin tərkib hissələrindən olduğuna diqqət çəkib. O,  tədbirdə  aidiyyatı dövlət qurumlarının təmsilçilərinin iştirakının bu sahədəki aktual məsələlərin həllinə kömək edəcəyinə inandığını qeyd edib.

  1. Bədəlov həmçinin Gəncə şəhərindəki tarixi və mədəniyyət abidələrinin təsnifatı haqda ətraflı məlumat verib.

Daha sonra AMEA-nın  Gəncə Bölməsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent  Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin məqbərəsinin qorunması və irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin xidmətləri”, Bölmənin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova "Bəşər sivilizasiyasinin Qarabağda erməni vandalizminə məruz qalmiş tarix və mədəniyyət abidələri", Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkiliiyinin (Ombudsmanının) Qərb Regional Mərkəzinin əməkdaşı  Səbuhi Abbasov "Tarix və mədəniyyət abidələrinin qorunmasının konstitusion təminatları", Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Pərvin Kazımov "Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin fəaliyyəti”, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov "Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində ağsaqqallar qarşısında duran vəzifələr", Gəncə Regional Turizm İdarəsinin rəis müavini Həmid Nəsirov "Turizmdə Mədəni irs abidələrinin rolu", Qərbi Azərbaycan İcması İdarə heyətinin üzvü Bayram Apoyev "Qərbi Azərbaycanda tarixi və mədəni irsimizə qarşı erməni vandalizmi", Gəncə Dövlət Universitetinin ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov "Gəncənin tarixi abidələri etnoqrafik mədəniyyətimizin nümunəsi kimi", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə-Daşkəsən Regional bölməsinin baş məsləhətçisi Şahmar Verdiyev "Məscidlərimiz milli-mənəvi dəyərlərimizdir" və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini Fəqan Məmmədov "Qədim Gəncə ərazisində mədəni irsin izləri" adlı məruzələrlə çıxış ediblər.

Çıxışlar ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.