Universitetlərə qəbulda uğur qazanan gənclər AMEA-nın Gəncə Bölməsi tərəfindən təbrik edilib
AMEA Gəncə Bölməsində 2025-2026-cı tədris ilində övladları tələbə və magistrant adını qazanmış əməkdaşlar ilə təbrik görüşü keçirilib. Görüşdə yeni tələbə adı qazanan gənclər də iştirak ediblər.
AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bu sevinc ovqatlı görüşün Gəncənin başlıca elm ocağında hər il, universitetlərə qəbul prosesinin yekunlarından sonra keçirilməsinin xoş bir ənənə halını aldığını qeyd edərək, tələbə və magistrant adına sahib olmuş gəncləri və onların yaxınlarını təbrik edib. O, ölkəmizin daha işıqlı gələcəyinin bacarıqlı, savadlı və intellektual gəncliklə bağlı olduğunu və yetişməkdə olan nəslin bu yüksək hədəflərə çatması üçün ölkə rəhbərliyi tərəfindən onlara hər cür şərait yaradıldığını vurğulayıb.
Sonra cari tədris ilində magistraturaya daxil olan, həmçinin övladları tələbə adı qazanmış əməkdaşların, eləcə də necə deyərlər, onları sevindirmiş səbəbkar gənclərin siyahısı səsləndirib. Akademik Fuad Əliyevin adından yerli həmkarlar təşkilatının sədri Nailə Hacıyeva 15 nəfərə gül və mükafatlar təqdim edib.
Bakalavr pilləsi üzrə - AMEA-nın Gəncə Bölməsinin və Azərbaycan Elm və Təhsil Nazirliyinə tabe olan institutların əməkdaşlarından Təranə Verdiyevanın qızları Zümrüb Verdiyeva Azərbaycan İqtisad Universitetinə, Leyla Cəfərovanın qızı Nigar Cəfərova Azərbaycan Dillər Universitetinə, Südabə Ağayevanın qızı Rübabə Ağayeva Azərbaycan İnşaat Universitetinə, Rima Nəsrullayevanın oğlu Murad Nəsrullayev Aviasiya Akademiyasına, Ruhiyə Hacıyevanın qızı Fatma Hacıyeva “Azərbaycan” Universitetinə, həmçinin magistr pilləsi üzrə Pəri Quliyevanın qızı Humay Quliyeva Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Leyla Cəfərovanın qızı Lalə Cəfərova Azərbaycan Dillər Universitetinə, Təranə Verdiyevanın qızı Nigar Verdiyeva Bakı Dövlət Universitetinə, Pərvin Babayevanın qızı Laura Babayeva və Sevil Mikayılovanın oğlu Nihat Mikayılov Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olublar.
O cümlədən, AMEA-nın Gəncə Bölməsinin əməkdaşlarından Jasmin Abbasova, Müşərrəf İbrahimova, Müjgan Məmmədova, Zərifə Yusufova Gəncə Dövlət Universitetinin və Elnarə İsayeva Azərbaycan Dövlət Aqrar Universitetini magistraturasına daxil olmuşlar.
İştirakçılar diqqət və həssas yanaşma üçün AMEA-nın Gəncə Bölməsinin rəhbərliyinə və şəxsən akademik Fuad Əliyevə minnətdarlıq bildiriblər.