Seyid Əzim Şirvaninin irsinə dair dəyirmi masa
AMEA-nın Gəncə Bölməsində Azərbaycan Respublikasının Preidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamının müddəalarının həyata keçirilməsi üzrə hazırlanmış tədirlər planına uyğun olaraq “Seyid Əzim Şirvaninin şair, maarifçi və publisistik fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq, XIX əsr Azərbaycan ədəbiyyatının və maarifçilik hərəkatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvani ilə bağlı əlamətdar tarixin qeyd edilməsinə dair ölkə rəhbərinin imzaladığı Sərənamın milli dəyərlərimizə, işıqlı şəxsiyyətlərimizə və onların tərəqqipərvər əməllərinə verilən yüksək qiymətin daha bir təzahürü olduğunu bildirib.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini fil.ü.f.d., dosent Əlimuxtar Muxtarov “Azərbaycan Respublikası Prezidentinin Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncam klassik irsimizə dövlət qayğısının təzahürüdür”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Beynəlxalq Əlaqələr şöbəsinin laborantı Nuriyyə Əliyeva “Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı”, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, fil.ü.f.d. Ruziyə Quliyeva “Seyid Əzim Şirvaninin qəzəlləri”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizami Yaradıcılığının tərcüməsi şöbəsinin böyük elmi işçisi ped.ü.f.d., dosent Aləmzər Tağıyeva “Seyid Əzim Şirvaninin yaradıcılığının akademik oxu bacarıqlarının formalaşmasında rolu”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizaminin elmi-fəlsəfi görüşləri şöbəsinin müdiri Xəyalə Hüseynova “Seyid Əzim Şirvani yaradıcılığında ilahi eşq”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Dünya Nizamişünaslığının tədqiqi şöbəsinin kiçik elmi işçisi Türkan Verdiyeva “Seyid Əzim Şirvaninin mənzum hekayə və təmsilləri”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizaminin ensiklopediyası şöbəsinin böyük elmi işçisi Sevinc Mirzəyeva “Şamaxı Ədəbi mühiti və Nizami irsi” və AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Aytən Əliskəndərova “Seyid Əzim Şirvani şyaradıcılığında maarifçilik görüşləri və multikultural ideyalar”mövzuları üzrə çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr aparılıb.