8 Noyabr - Zəfər Günü ilə bağlı AMEA-nın Gəncə Bölməsində dəyirmi masa
“Müstəqil siyasətin zəfər günü” mövzusundakı tədbir Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və YAP Gəncə şəhər 2 sayli ərazi partiya təşkilatı tərəfindən təşkil edilib.
İştirakçılar əvvəlcə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədilə salınmış Gəncə Memorial Kompleksini ziarət ediblər. Abdənin təməlini cənab Prezident İlham Əliyev 2022-ci ilin yanvarında qoymuş, 2025-ci ilin sentyabrın 27-də onun açılışınıda iştirak etmişdir.
Alimlər və gənc tədqiqatçılar kompleksin xatirə lövhəsi qarşısına güllər qoyublar.
AMEA-nın Gəncə Bölməsinin müşavirə salonunda keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Dəyirmi masanı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq dəyirmi masanın iştirakçılarını salamlayıb, bu şərəfli bayram münasibətilə təbrik edib.
O, Zəfər Gününü Azərbaycan Respublikasinin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli dövlət və ordu quruculuğu strategiyasının təntənəsi kimi dəyərləndirərək, vurğulayıb ki, onun rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan Əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarımızın bütövlüyü tam bərqərar olub.
Akademik Fuad Əliyev bu tədbiri millətimiz üçün çox qürurlu və əziz tarixi an olan Zəfər Gününün mahiyyətinin daha dərindən anlanılması üçün vacib elmi toplantı kimi xarakterizə edib. O, həmçinin Bölmə tərəfindən Gəncənin şəhidlərinə həsr olunan kitab buraxıldığnı da xatırladıb.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini fil.ü.f.d., dosent Əlimuxtar Muxtarov “Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” nidasının Zəfər Günündə təntənəsi”, AR ETN Bioresurslar (Gəncə) İnstitutunun direktoru k.ü.f.d., dosent İmran Qasımov “Zəfər günü xalqımızın birliyi, tarixi qəhramanlıq günüdür”, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri t.ü.f.d., dosent Samirə Qasımova “Qarabağ zəfəri: Qafqazda sülhə aparan yolun təməli və geosiyasi reallıqlar”, AMEA-nın Gəncə Bölməsinin Sənədlərlə iş şöbəsinin müdiri, k.ü.f.d. Sara Əzizova “AMEA-nın Gəncə Bölməsinin zəfər töhfələri: Elm, Birlik, Qələbə”, AR ETN Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “8 Noyabr fəxri tariximiz, qürur yerimiz!”, AR ETN Nəbatat Bağının direktoru Nizami Nağıyev “Əziz Şuşa, sən azadsan!”, YAP Gəncə şəhəri 2 saylı Ərazi Partiya təşkilatının sədri Vüsal Eminbəyli “Bir Liderin məqsədi, bir millətin zəfəri!” mövzusunda çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb.
Əziz və qürurlu bayram tarixi ərəfəsidə Yeni Azərbaycaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənc əməkdaşlara vəsiqələr təqdim edilib.