XƏBƏRLƏR
28.01.2026 / Konfranslar, iclaslar
Gəncə Bölməsinin 2025-ci ildəki elmi-təşkilati fəaliyyətinə dair hesabatın AMEA Rəyasət Heyətinin iclasındakı təqdimatının təfərrüatları Bölmədə müzakirə edilib

   Xəbər verildiyi kimi, AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Gəncə Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

   Bu hada AMEA-nın science.gov.az  rəsmi saytı məlumat verib. Məlumatda deyilir:

   “Hesabatı bölmənin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov təqdim edib.

   “Əlimuxtar Muxtarov qeyd edib ki, hesabat ilində bölmənin müəssisələrində “2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında”, eyni zamanda dövlət rəhbərinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlar, “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı” Dövlət Proqramı, bu qərar və sərəncamlardan irəli gələn işlərin yerinə yetirilməsi ilə əlaqədar AR Nazirlər Kabinetinin, AMEA-nın Rəyasət Heyəti və Ümumi yığıncağının qərarları, Gəncə şəhər İcra Hakimiyyətinin sərəncam və tapşırıqları əsasında həyata keçirilib.

   AMEA-nın Gəncə Bölməsinin elmi müəssisələrində 13 problemi əhatə edən 19 mövzu, 20 iş, 24 mərhələ üzrə tədqiqatlar aparılıb, 19 mövzu, 20 iş və 24 mərhələ tamamlanıb, 3 mühüm nəticə alınıb. Hesabat ilində AMEA-nın Gəncə Bölməsinin əməkdaşları tərəfindən 2 kitab, 1 monoqrafiya, 2 kitabça, 10-u xaricdə olmaqla 48 məqalə, 14-ü xaricdə olmaqla 84 konfrans materialı dərc olunub, əməkdaşların əsərlərinə beynəlxalq elmmetrik bazalarda 54 dəfə istinad edilib.

   Məruzəçi Gəncə Bölməsində “Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi”, “Azərbaycan dilinin inkişaf tarixi”, “Azərbaycan folkloru”, “Azərbaycan ədəbiyyatı tarixi və onun inkişaf mərhələləri”, “Musiqi sənəti”, “Gəncə incəsənətinin araşdırılması”, “Qərb bölgəsinin arxeoloji və etnoqrafik abidələrinin tədqiqi” və “Qərb bölgəsinin tarixi” istiqamətlərində tədqiqatlar aparılaraq mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.

   Əlimuxtar Muxtarov qeyd edib ki, hesabat dövründə AMEA-nın 80 illik yubileyinə həsr edilmiş “Gəncənin elm məbədi”, “Gəncənin elm və incəsənət xadimləri” adlı kitab və monoqrafiyalar çap olunmuş, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Məruzələr toplusu kitabı nəşr edilmişdir.

   “Nizami Gəncəvi yaradıcılığı Amerika tədqiqatlarında” mövzusu üzrə Nizami Gəncəvi irsinin XV əsrdən başlayaraq dünya ədəbiyyatında öyrənilmə tarixi araşdırılmış, əlyazmaların yayılma coğrafiyası və tədqiqat ənənələri təhlil edilmiş, dünya şərqşünaslığında Nizami irsinin önəmi, xüsusilə də mənəvi və fəlsəfi fikrin inkişafında rolu tədqiq olunmuşdur. Bundan əlavə, “Nizami Gəncəvi irsinin Azərbaycan Respublikasında və İran Azərbaycanında tədqiqi, tərcüməsi və nəşri üzrə fərqli və oxşar araşdırma texnologiyaları” mövzusuna əsasən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin milli mənsubiyyəti və yaradıcılığı həm Azərbaycan, həm də İran alimlərinin tədqiqatlarında geniş şəkildə araşdırılıb.

   Həmçinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Gəncə dialektində qarışıq tipli mürəkkəb cümlələrin strukturu və istifadəsi tədqiq edilib. Gəncə dialektinin qarışıq tipli cümlələlərdə həm tabesiz bağlayıcılar, həm də tabeli bağlayıcılar araşdırılıb. Bu tədqiqatda Gəncə dialektinin xüsusiyyətləri və digər Qərb qrupu dialektləri ilə müqayisəli təhlili aparılıb.

   Bundan əlavə, hesabat ilində “Orta əsrlərdə Qarabağda yaşamış və yaratmış mütəfəkkirlər” mövzusu üzrə Qarabağın qadın şairələrinin Qarabağ ədəbi mühitindəki rolu və mövqeyi tədqiq olunub.

   “Gəncənin qədim sənətkarlıq növlərinin araşdırılması” işi çərçivəsində Qafqaz Albaniyasının bir hissəsi olmuş Gəncə və onun ətraf ərazilərində qədim dövrlərdən mövcud olan ənənəvi sənətkarlıq sahələrinin - xüsusilə zəngin ənənələrə malik dulusçuluq və misgərlik sənətinin tarixi inkişaf yolu elmi, etnoqrafik tədqiqatlar, arxeoloji ekspedisiyalar və yazılı mənbələrin verdiyi məlumatlar əsasında araşdırılıb. Bu bölgədə saxsı və mis qabların istehsalı sənətkarlığın əsas sahələrindən biri kimi ön plana çıxıb.

   Natiq dövlət başçısının “Konstitusiya və Suverenlik İli”, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarından irəli gələrək görülmüş işləri də diqqətə çatdırıb.

   Həmçinin Gəncə Bölməsinin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatları təqdim edib.

   Məruzə ilə bağlı fikirlərini ifadə edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Gəncə Bölməsində Nizami Gəncəvinin həyatı və fəaliyyətinin tədqiqi, həmçinin təbliği istiqamətində görülən işləri, o cümlədən digər vəzifələrin icrası ilə bağlı atılan addımları yüksək qiymətləndirib, əldə olunmuş nailiyyətlərin 2026-cı ildə də artım tempi ilə davam edəcəyinə inamını bildirib.

   Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Gəncə Bölməsinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb”.

   AMEA-nın Rəyasət Heyətinin iclasındakı müzakirələrin gedişi hada məsələlərə dair Gəncə Bölməsinin sədri yanında toplantı keçirilib.

   Akademik Fuad Əliyev illik fəaliyyətə dair hesabatın AMEA-nın Rəyasət Heyətinin iclasında yüksək qiymətləndrildiyini Gəncənin bu elm ocağının əməkdaşlarının səmərəli əməyinin nəticəsi kimi dəyərləndirərək, onlara təşəkkürünü bildirib.

   Bölmənin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov bir daha AMEA-nın Rəyasət Heyətinini iclasında Bölmənin illik hesabatının təqdimatının gedişi haqda məlumat verib.

   O, yuxarıda göstərilənlərə əlavə olaraq, Rəyasət Heyətinin iclasında Gəncə Bölməsinin ayrı-ayrı şöbə və institutlarının iş planlarının, elmi mövzularının vaxtında və keyfiyyətlə reallıaşdırılması üçün görülən tədbirlərdən danışdığını vurğulayıb.

   Ə. Muxtarov həmçinin iclasda elmimiz və cəmiyyətimizin tərəqqisi naminə alimlərimizin qarşısında duran vəzifələrə Bölmənin rəhbərliyi və əməkdaşları tərəfindən dərindən    yanaşıldığını və bu xüsusda, ölkə başçısının çıxışlarında səslənən tezislərin şərəflə həyata keçirilməsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə Gəncə alimlərinin öz töhfələrini artırmaq üçün əzmlə çalışdıqlarını da qeyd etditini bildirib.

   Bölmənin “Rəqəmsallaşma və Süni İntellekt”şöbəsinin müdiri Fərhad Mirzəyev də çııxış edərək, AMEA-nı Rəyasət Heyətindəki təqdimat zamanı Bölmə tərəfindən nümayiş etdirilən sərginin doğurduğu yüksək təəssürat, bu elm ocağında  buraxılan  nəşrlərinin çap edilməsi prosesinin təkmilləşdiriılməsi, tədqiqatçıların rəqəmsal proseslərə daha fəal cəlb olunması perspektivləri haqda fikir mübadilələri aparıldığını bildirib.

   Görüşün sonunda akademik Fuad Əliyev bir daha əməkaşların əlaqəli çalşmaların səmərəli nəticələrinin hər zaman öz bəhrəsini verəcəyinə ümid etdiyini söyləyib.