AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub
Genişləndirilmiş formatda keçirilən toplantıya aidiyyatı institut və şöbələrin əməkdaşlar da qatılıblar.
İclasın gündəliyi Bölmənin elmi-fəaliyyətinə dair cari işləri əhatə edib.
AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev toplantıdakı giriş sözündə əməkdaşları öz çıxışları zamanı müzakirə olunacaq məsələlərin əsas mahiyyətini, eləcə də konkret şəkildə görülməsi vacib olan tədbirləri əhatə etməyə çağırıb.
Akademik Fuad Əliyev gündəlikdəki ilk məsələ kimi, Gəncə Bölməsinin elmi müəssisələrinin 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatlar, onların forma, məzmun, texniki və digər tərtibat qaydalarının, təqdim olunma prosedurlarının doğru və düzgün yerinə yetirilməsi məsələləri haqda danışıb və bu istiqamətlərdə müvafiq tövsiyələr verilib.
Gündəlikdəki növbəti məsələ, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II beynəlxalq elmi konfransının hazırlıq vəziyyəti haqda dosent Əlimuxtar Muxtarovn və m fil.ü.f.d. Təranə Verdiyeva məlumat veriblər.
AMEA-nın Gəncə Bölməsinin doktoranturasına sənəd qəbulu elanlarına dair k.ü.f.d. Aynurə Həsənova, Bölmədə fəaliyyət göstərən Əlişir Nəvai adına Özbək dili və mədəniyyəti Mərkəzinin fəaliyyəti haqda qurumun rəhbəri, fil.ü.f.d. Xəyalə Hüseynova, “Gəncə İncəsənəti” kitabının hazırlıq vəziyyəti haqda dosent Samirə Qasımova, “Gəncə Bölməsinin elmi əsərləri. Humanitar və ictimai elmlər üzrə” kitabının hazırlıq vəziyyəti haqda elmi katib Günay Cəfərova, Elmi kitabxananın müdiri Vüsalə Hüseynova və Rəqəmsallaşma və Sİ şöbəsinin mütəxəssisi Nailə Mirzəyeva danışıblar.
Toplantıda həmçinin əməkdaşların elmi ezamiyyətlərinin yekunları müzakirə edilib, bir sıra cari məsələlər haqda da danışılıb.
İclasın sonunda ənənəvi olaraq, əməkdaşların elmi jurnallara və forumlara təqdim etdikləri məqalələrinin siyahısı səsləndirilib.