Azərbaycan Milli Elmlər Akademiyasinın Gəncə Bölməsi və YAP Gəncə şəhər 2 sayli ərazi partiya təşkilatı tərəfindən “15 İYUN - GƏNCƏDƏN BAŞLAYAN QURTULUŞ SALNAMƏSİ” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasinın Gəncə Bölməsi və YAP Gəncə şəhər 2 sayli ərazi partiya təşkilatı tərəfindən “15 İYUN - GƏNCƏDƏN BAŞLAYAN QURTULUŞ SALNAMƏSİ” mövzusunda dəyirmi masa keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev giriş sözündə xalqımızın tarixinə şərəflə yazılan Milli Qurtuluş Gününün ictimai, siyasi və tarixi əhəmiyyətini vurğulayaraq, bildirib ki, 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan müstəqilliyini bərpa etsə də, erməni təcavüzü, iqtisadi böhran və o zaman iqtidarda olan qeyri-peşəkar insanların yarıtmaz idarəçiliyi ucbatından müstəqilliyimizin itirilməsi təhlükəsi şəraitində Azərbaycan xalqı bu təhlükəni hiss edərək öz xilaskarına - Heydər Əliyevə üz tutdu. Xalqın istəyi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəlalardan xilas etdi və dövlətçiliyimizin əsasını qoydu.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatının sədri Vüsal Eminbəyli “Ulu Öndər Heydər Əliyev və Gəncə: Qurtuluşdan Milli İnkişafa”,AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Milli qurtuluş günü AMEA-nın Gəncə Bölməsinin nəşrlərində”, AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin Nizaminin ensiklopediyası şöbəsinin böyük elmi işçisi Sevinc Mirzəyeva “Qurtuluşun başlanğıcı: Naxçıvandan ucalan Liderlik”, AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin Dünya nizamisünaslığının tətqiqi şöbəsinin kiçik elmi işçisi Sevinc Hacıyeva “Qurtuluşla başlayan 44 günlük zəfər salnaməsi”, AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin laborantı Nuranə Qənbərova “Seperatçı qüvvələrin Azərbaycanı parçalamaq planlarına qarşı Heydər Əliyevin xilaskarlıq faktoru” və AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Etnoqrafiya şöbəsinin laborantı Nigar Həsənova “Azərbaycanın qurtuluş hərəkatında Gəncənin tarixi əhəmiyyəti” mövzularında çıxış ediblər.
Bölmənin sədrinin müavini Rasim Tağıyev də öz çxışında həmin ziddiyyətli dövrün, o cümlədən Gəncədə gedən proseslərin canlı şahidi kimi öz xatirələrini bölüşərəK, Ulu Öndər Heydər Əliyevin müdrik və qətiyyətli addımlarının ölkənin xilası və gələcəyinin müəyyənləşdirilməsində müstəsna rol oynadığını bildirib.
Çıxışlar ətrafında müzakirələr aparılıb.
Akademik Fuad Əliyev bugünkü tədbirdə maraqlı çıxış və mülahizələrə görə iştirakçlara təşəkkür edib və xüsusilə gənc məruzəçilərin fəallığını yüksək qiymətləndirib.