XƏBƏRLƏR
16.06.2026 / Konfranslar, iclaslar
AMEA-nın Gəncə Bölməsində şəhərin tarixinə dair arxeoloji tədqiqatlara həsr olunan seminar keçirilib

Bölmənin Rəyasət Heyəti üzvləri və əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açarkən, bu elm ocağının sədri, akademik Fuad Əliyev Azərbaycanın milli ruhunun ən güclü təzahürü baxımından əlamətdar şəhərlərdən olan Gəncənin tarixinin elmi cəhətdən köklü şəkildə işlənilməsi, bu xüsusda onun yerləşdiyi coğrafiyada davamlı arxeoloji tədqiqatların aparılmasının vacib olduğunu bildirib.

O, xatırladıb ki, dahi Nizami Gəncəvinin 870 illiyinin böyük təntənə ilə qeyd edildiyi tədbirlərdən bir qədər sonra, 2013-cü ildə şəhərdə bir çox arxeoloji və etnoqrafik tədqiqatların yenidən aparılmasına böyük etiyac duyulduğu nəzərə alınaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və yerli icra hakimiyyətinin dəstəyi ilə nüfuzlu beynəlxalq arxeoloji ekspedisiya qrupu Gəncə  şəhərində və ətraf ərazilərdə arxeoloji qazıntılar aparmış, onun tarixinə dair qiymətli faktlar üzə çıxarmış və yeni yanaşmalar şəhərimizin yaşənın 4 min il olduğunu ortaya qoymuşdur.

Akademik Fuad Əliyev bugünkü seminarın Gəncə şəhərinin tarixi-etnoqrafik mənzərəsinin öyrənilməsi yönündə xüsusən gənc tədqiqatçılara dəyırli məlumat və tezislər verə biləcəyinə inandığını bildirib.

Bu baxımdan, seminardaGəncədə aparılmış arxeoloji qazıntıların nəticələri və onların tarixi əhəmiyyəti”  mövzusu üzrə Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova çıxış edib.

O, Şərq aləminin əhəmiyyətli yaşayış və nüfuz mərkəzlərindən biri olmuş Gəncə şəhərinin arxeoloji tədqiqatlarının xronologiyasına nəzər salıb. Bu baxımdan, çıxışçı xüsuilə XIX əsrdən etibarən şəhərin qədim və həmin dövrlərdəki tarixini və əhalinin məişətini öyrənmək üçün Avropa və Rusiya tədqiqatçılarının, eləcə də XX əsrdə görkəmli sovet və Azərbaycan alimlərinin, müstəqillik qazandığımızdan sonrakı müasir dövrümüzdə isə aparıcı arxeoloqlarımızın da iştirak etdiyi beynəlxalq ekspedisiyaların nəticələri barədə ətraflı məlumatlar verib.

İştirakçılar maraqlandıqları məsələlər barədə sual və mülahizələrini bölüşüblər.

Yekunda akademik Fuad Əliyev çıxışçı və iştirakçılara maraqlı müzakirələrə  görə təşəkkür edib. O, tədbirin xüsusən gənc tədqiqatçıların Gəncənin arxeologiyası mövzusunda məlumatlarının artırılması üçün faydalı olduğunu vurğulayıb.