XƏBƏRLƏR
16.10.2026 / Yubileylər
AMEA-nın Gəncə Bölməsi akademik İsa Həbibbəylini doğum günü münasibətilə təbrik edib

   Bölmənin sədri, akademik Fuad Əliyev yubilyara özü və rəhbərlik etdiyi elm ocağının əməkdaşları adından təbrik ünvanlayıb.

   AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə

   Hörmətli İsa müəllim!

   Sizi – Azərbaycan elminin, xüsusilə də ədəbiyyatşünaslığın inkişafında müstəsna xidmətləri olan görkəmli alim, dəyərli ziyalı kimi 16 oktyabr – doğum gününüz münasibətilə AMEA Gəncə Bölməsinin əməkdaşları adından ürəkdən təbrik edirik!

   Sizin uzun illər ərzində elmə, təhsilə və milli-mədəni dəyərlərimizin qorunmasına həsr etdiyiniz zəngin və mənalı fəaliyyətiniz Azərbaycan elmi ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. Apardığınız fundamental tədqiqatlar, çoxsaylı elmi əsərləriniz və yetişdirdiyiniz elm kadrlarla yanaşı, AMEA-ya rəhbərlik fəaliyyətiniz də ölkəmizdə elmin inkişafına, elmi mühitin daha da möhkəmlənməsinə və Azərbaycan elminin beynəlxalq səviyyədə layiqincə təmsil olunmasına mühüm töhfələr verir.

   Sizin rəhbərliyinizlə Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən müasir inkişaf istiqamətləri, elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, gənc alimlərə göstərilən diqqət və qayğı elmin, dövlətin inkişafındakı rolunun daha da biruzə verir.

   Hörmətli İsa müəllim!

   Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz enerji və Azərbaycan elminin inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

   Qoy bundan sonrakı illəriniz də elmi nailiyyətlər, xoş xəbərlər, doğmalarınızın və həmkarlarınızın Sizə olan sevgisi ilə bol olsun. Hər zaman yüksək əhval-ruhiyyədə, möhkəm cansağlığı və yüksək yaradıcılıq enerjisi ilə Azərbaycan elminə xidmət etməyinizi arzulayırıq.

   Doğum gününüz mübarək olsun, hörmətli İsa müəllim!