XƏBƏRLƏR
30.10.2026 / Yubileylər
Nizamişünasliğinin aktual problemlərinə dair Gəncədə II Beynəlxalq konfrans

      AMEA-nın Gəncə Bölməsində dahi Azərbaycan şairi və mütəfəkkiri  Nizami Gəncəvinin  885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünasliğinin aktual problemləri”  mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib.

      Mötəbər elmi forum Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə  AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin  birgə təşkilatçılığı ilə baş tutub.

     Beynəlxalq Konfransa Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan, Almaniya  və Rusiya Federasiyasının Kalmıkiya Respublikasından alim və tədqiqatçılar qatılıblar.

     Konfransdan əvvəl  iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edib, müstəqil dövlətimizin banisinin heykəli özünə güllər düzərək, onun əziz xatirəsinə bir daha ehtiram bildiriblər.

   Sonra konfrans iştirakçıları AMEA-nım Gəncə Bölməsinin böyük akt salonunun qarşısında bu elm ocağında aparılan elmi tədqiqatlardan, o cümlədən nizamişünaslığa aid nailiyyətlərdən bəhs edən sərgiyə tamaşa ediblər.

   Konfransın açılışışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndər heydər Əliyevin və Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  İştirakçıların diqqətinə AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanmış kiçik film də təqdim olunub. Bu videomaterialda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin konfrans iştirakçılarına təbriki də yer alıb.

   AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Beynəlxalq konfransı açaraq, iştirakçıları və qonaqları dahi şair və mütəfəkkir Nizaminin döğma yurdu, qədim və müasirliyin, həmçinin  milli və ümumbəşəri dəyərlərin qovuşduğu məkan olan Gəncə şəhərində salamlayıb, bu mötəbər elmi forumun işinə müvəffəqiyyətlər arzulayıb.

   O, AMEA-nın prezidenti İsa Həbibbəylinin bu mötəbər konfrans münasibətilə iştirakçılara təbrik və uğur arzularını da çatdırıb.

   Akademik  F. Əliyev çıxışında həmçinin  xatırladıb ki, Ulu Öndər Heydər Əliyev  Respublikamıza rəhbərlik etdiyi andan  etibarən Azərbaycanın müxtəlif əsrlərdə yaşamış klassiklərinin, onların fikirlərinin dərindən öyrənilməsi və geniş təbliği məsələlərini milli şüur və ideologiyamızın zənginləşdirilməsinə təkan verə bilən başlıca amillərdən hesab edib; təsadüfü deyil ki, o dövrdən bəri klassiklərimizin zəngin dünyası uşaq ədəbiyyatı və dərsliklərdən tutmuş, bədii nümunələrə, elmi araşdırmalara, incəsənətə, teatr, kino və televiziyaya, musiqi əsərlərinə dərindən sirayət edib.

   Akademik F. Əliyev  həmçinin Ümummilli Lider Heydər Əliyevin  daim Azərbaycanın tarix və mədəniyyətində əlamətdar şəhər olan Gəncənin, eləcə də onun böyük övladı Şeyx Nizaminin milli varlığımızda tutduğu uca mövqeyi yüksək dəyərləndirdiyini qeyd edib.

   O, Nizami yaradıılığı və fəlsəfi fikrinin öyrənilməsində  Gəncənin elmi mühitnin nümayəndələrinin daim aparıcı mövqelərdə olduğunu da vurğulayıb.

    Akademik Fuad Əliyev konfransın iştirakçılarından biri, yorulmaz nizamişünas, Bakı Dövlət Universitetinin dosenti,  filologiya üzrə fəlsəfə doktoruü Əsmətxanım Məmmədovanı yubiley yaşının tamam olması münasibətilə təbrik edib, Gəncə Bölməsinin adından ona fəxri fərman və hədiyyə verib.

    Açılış iclasında Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da çıxış edib. O, beynəlxalq konfransın iştirakçılarına Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və uğur arzularını çatdırıb. Bədəlov hazırki beynəlxalq konfransın keçirilməsinin Gəncə alimlərinin daha bir uğuru kimi dəyərləndirib. Bədəlov çıxışında həmçinin böyük mütəfəkkirimiz Nizami Gəncəvinin irsinin mahiyyətinin milli-mənəvi dəyərlərimizin əsaslarından biri kimi formalaşdırılmasında, bu baxımdan onun əsərlərinin geniş miqyasda tədqiqi, nəşri və təbliği məsələlərinə, o cümlədən mütəmadi olaraq yubileylərinin ən yüksək səviyyədə keçirilməsinə nail olunmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olduğunu, müasir dövrümüzdə də bu yanaşmanın cənab Prezident İlham Əliyev tərəfindən qlobal miqyasda uğurla davam etdirildiyini vurğulayıb.

   Sonra AMEA-nın  Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, fil.ü.f.d., dosent Əlimuxtar Muxtarovun moderatorluğu ilə  konfransın plenar iclası olub.

   Gəncə Bölməsi  Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri,  fil.ü.f.d. Təranə Verdiyeva “Nizami Gəncəvinin əsərində Gəncənin tarixi taleyi”, Bakı Dövlət Universitetindən  fil.ü.f.d., dosent Əsmətxanım Məmmədova “Xaqani Şirvani və Nizami Gəncəvi əsərlərində vurğunun semantik diferensiasiyadaki rolu”, Odlar Yurdu Universitetinin professoru Rüstəm Kamal “Məmməd Arazın poetik mifologiyasinda  Nizami Gəncəvi şair arxetipi kimi”,  Hacettepe Üniversitetindən Dos. Dr. Aysun Çelik  “Türkiye’de Nizami Gencevi  çalişmalari ve bibliyometrik bir analiz”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru  Xuraman Hümmətova “Nizami Gəncəvi irsinin Mövlana Rumi yaradiciliğinda əksinin konseptualliği”, Litvanın Vilnüs şəhərindən  yazar, şair, araştırmacı, dilçi  ve tərcüməçi Tahirə Günəş “Nizami Gəncəvi və  urdu dili: tərcümə yoluyla linguistik köprü”, Bakı Slavyan Universitetindən fil.e.d., professor Bella Musayeva “Гуманистические основы мультикультурализма в поэзии Низами Гянджеви”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan fil.ü.f.d., dosent Zəhra Allahverdiyeva  “Nizami Gəncəvinin “Xəmsə” ənənəsi və Xacu Kirmani yaradiciliği”,   Üsküdar Üniversiteti Təsəvvüf Araştırmaları İnstitutundan fil.ü.f.d.Sǝadǝt Mǝmmǝdova “Nizami Gencevi’nin mesnevilerinde aşkin tasavvufi boyutlari”, İstanbul Üniversitetinin doktorantı Aleyna Malkoç “Nizaminin izinde: gec dönem cağatay türkçesinde mensur bir İsgendername nüshasi üzerine”, AMEA-nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan fil.e.d. Ataəmi Mirzəyev  “Azərbaycan epik şeirində “Leyli Və Məcnun” mövzusu: Nizamidən Füzuliyə doğru, Qarabağ Universitetindən fil.e.d.,dosent Əzizağa Nəcəfov “Nizami Gəncəvi yaradiciliğinda peyğəmbər obrazlari”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan fil.ü.f.d., dosent Xatirə Yusifova “Müasir rəqəmsal elmi mühitdə nizamişünasliğin yeni tədqiqat istiqamətləri: Nizaminin yaradiciliğinin rəqəmsal humanitar elmlər kontekstində tədqiqi”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan fil.e.d., dosent Mərziyyə Nəcəfova “Nizami Gəncəvi yaradiciliğinda bəşəri və multikultural dəyərlər”, həmin institutdan fil.e.d., dosent Könül Hacıyeva “Nizami Gəncəvinin əsərlərində etik dəyərlər sistemi: əxilik və multikultural birgəyaşayişin poetik təcəssümü”, Azərbaycan Dövlət Pedaqoji Universitetindən f.ü.f.d., dosent Xoşbəxt Əliyeva “Nizami poeziyasinda türk qadin arxetipi”, Gəncə Dövlət Universitetindən fil.ü.f.d., dosent Afaq Yusifli “Nizami Gəncəvinin “Mahanin nağili” hekayəsi və N. Hotornun “Gənc Qudman Braun” novellasi arasinda paralelizmlər”,  Şirvan şəhəri 16 nömrəli orta məktəbin dil-ədəbiyyat müəllimi, fil.ü.f.d. Şəhla Məcidova “Xosrov və Şirin” poemasinda “Kəlilə və Dimnə” hekayətləri”, AMEA-nın akademik Z.Bünyadov adına  Şərqşünaslıq İnstitutundan fil.ü.f.d. Sevinc Nuriyeva “Əbədi həyat axtarışında olan qəhrəmanlar – şumerlərin Bilqamisi Nizaminin İsgəndərinin prototipidir?”, araşdırmaçı-tələbə Mirzəhra Hüseynzadə “Nizami poeziyasında didaktiv şeirin irfani qatları”, Gəncə Dövlət Universitetindən ped.ü.f.d., dosent Bayram Apoyev “Professor Mərdan Muradxanov pedaqoji nizamişünaslığın banisi kimi” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Zəkiulla Bayramlı “Nizamişünaslığın şah əsəri” mövzuları üzrə məruzə ediblər.

    Sonra konfrans öz işinin “Nizami Gəncəvi və türk dünyasi”, “Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”,”Nizami Gəncəvi yaradıcılığında din və irfan”, Nizami Gəncəvi və incəsənət”, “Nizami Gəncəvi yaradiciliğinda bəşərilik və birgəyaşayiş məfhumu”,”Nizami Gəncəvi: sələflər və xələflər” və “Müasir rəqəmsal elmi mühitdə nizamişünasliğin yeni tədqiqat istiqamətləri” adlı 8 bölmə üzrə davam etdirib.

   Qeyd edək ki, beynəlxalq konfransa qəbul olunmuş 251 məqalə ümumi həcmi 1250 səhifə olmaqla 4 cilddə nəfis şəkildə  nəşr olunub. Bu materiallar iştirakçılara paylanıb.

    Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini və  Nizami Gəncəvi Muzeyinin ziyarəti ilə yekunlaşıb.