8 Noyabr – Zəfər Günü münasibətilə AMEA-nın Gəncə Bölməsində dəyirmi masa keçirilib
Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və YAP Gəncə şəhər 2 sayli ərazi partiya təşkilatı tərəfindən təşkil edilib.
İştirakçılar əvvəlcə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədilə salınmış Gəncə Memorial Kompleksini ziarət ediblər. Abdənin təməlini cənab Prezident İlham Əliyev 2022-ci ilin yanvarında qoymuş, 2025-ci ilin sentyabrın 27-də onun açılışınıda iştirak etmişdir.
Alimlər və gənc tədqiqatçılar kompleksin xatirə lövhəsi qarşısına güllər qoyublar.
AMEA-nın Gəncə Bölməsinin müşavirə salonunda keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri iriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq dəyirmi masanın iştirakçılarını bu şərəfli bayram münasibətilə təbrik edib.
O, Zəfər Gününü Azərbaycan Respublikasinin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli dövlət və ordu quruculuğu strategiyasının təntənəsi kimi dəyərləndirərək, vurğulayıb ki, onun rəhbərliyi ilə millətimizin həmrəyliyi və Azərbaycan Əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarımızın bütövlüyü tam bərqərar olub.
Akademik Fuad Əliyev bu tədbiri millətimiz üçün çox qürurlu və əziz tarixi an olan Zəfər Gününün mahiyyətinin daha dərindən anlanılması üçün vacib elmi toplantı kimi xarakterizə edib. O, Vətən naminə canlarını əsirgəməyən igidlərimizin xatirəsinin daim əziz tutulduğunu, Bölmə tərəfindən Gəncənin şəhidlərinə həsr olunan kitab buraxıldığnı da xatırladıb.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin sədr müavini fil.ü.f.d., dosent Əlimuxtar Muxtarov “Dəmir Yumruğun 44 gündə yazdığı Zəfər dastanı”, YAP Gəncə şəhəri 2 saylı Ərazi Partiya təşkilatının sədri Vüsal Eminbəyli “Tarixi Zəfərin hərbi və diplomatik əsasları”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, fil.ü.f.d. Təranə Verdiyeva “44 gün: dpyüş meydanlndan dünya ictimaiyyətinə”, AMEA-nın Gəncə Bölməsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı ”8 Noyabr Zəfərinin Lev Qumilyovun passionarlıq nəzəriyyəsi əsasında təhlili”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi Sevinc Mirzəyeva “Zəfərdən doğuran söz: Qarabağ həqiqətlərinin Azərbaycan ədəbiyyatında bədii təcəssümü”, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun kiçik elmi işçisi Yasin Alməmmədov “8 Noyabr Zəfəri Azərbaycan dövlətçiliyinin gücünün, milli birliyin və tarixi ədalətin təntənəsidir”, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun böyük laborantı Nüşabə Abbasova “8 Noyabr Zəfərinin gənc nəslin milli özünüdərk və vətəndaşlıq mövqeyinin formalaşmasında rolu” mövzularında çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb.
Akademuk Fuad Əliyev maraqlı çıxışlar və rəylərə görə iştirakçılara minnətdarlıq bildirib.