XƏBƏRLƏR
09.10.2020 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və məqsədli siyasəti nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün dünyanın ən güclü ordularından biri hesab edilir. Ordumuzun maddi-texniki bazasının tam təchiz olunmasına baxmayaraq, arxa cəbhədə olan hər kəs öz vətəndaşlıq mövqeyini bildirir, silahlı qüvvələrimizə yardımını və mənəvi dəstəyini göstərirlər.

AMEA-nın Gəncə Bölməsinin əməkdaşları da bu müqəddəs amal uğrunda mübarizəyə qoşulub və könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 7245 manat vəsait köçürüblər.

Qeyd edək ki, bu günlərdə akademiya rəhbərliyinin çağırışı ilə AMEA-nın elmi müəssisələri öz gəlirləri hesabına Silahlı Qüvvələrə Yardım Fonduna müəyyən vəsait köçürür, yardımlar edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.