XƏBƏRLƏR
07.04.2021 / Yubileylər
NİZAMİ GƏNCƏVİNİN 880 İLLİYİNƏ HƏSR EDİLƏN MONOQRAFİYA NƏŞR OLUNMUŞDUR

     AMEA Gəncə Bölməsinin Rəyasət Heyətinin və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarlarına əsasən “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” monoqrafiyası nəşr edilmişdir.

     Monoqrafiya dahi şairin yaradıcılığında Azərbaycan folklorunun və xalq mərasimlərinin araşdırılmasına həsr olunub. Əsərdə Nizami Gəncəvinin Azərbaycan şifahi xalq ədəbiyyatının dastan, nağıl, atalar sözləri və xalq məsəlləri, bayatılar kimi geniş yayılmış növlərindən məharətlə istifadə etdiyi göstərilir. Burada ilk dəfə Nizami Gəncəvi və xalq yaradıcılığı, Nizami irsində Azərbaycan mərasimləri və folklor motivləri elmi cəhətdən tədqiq edilmiş, böyük şairin xalq adət-ənənələrindəki  bir  çox incə təfərrüatları  müxtəlif bədii vasitələrlə ifadə edildiyi araşdırılmışdır. Monoqrafiya Nizami Gəncəvi irsini araşdıran tədqiqatçılar, filologiya ixtisasları üzrə təhsil alan tələbə və magistrantlar, doktorant və dissertantlar, həmçinin şeyx Nizami yaradıcılığına maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.