AMEA GƏNCƏ BÖLMƏSİ ƏMƏKDAŞLARININ TƏLƏBƏ ADINI QAZANMIŞ ÖVLADLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB
AMEA Gəncə Bölməsində bölmə əməkdaşlarının qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış övladları ilə görüş keçirilib. Görüşdə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev ölkəmizin və Rusiya Federasiyasının nüfuzlu ali universitetlərinə qəbul olunmuş tələbələri təbrik edib, onlara uğurlar arzulayaraq gələcəkdə yaxşı oxumalarını tövsiyə edib, dövlətə və millətə layiq vətəndaş olmağı arzulayıb.
Akademik əldə edilən nailiyyətləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi təhsil islahatının nəticəsi kimi dəyərləndirib.
Görüşdə çıxış edən valideynlər və tələbələr prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğıdan, qazanılan uğurlardan danışmış, övladlarının ali təhsil müəssisələrinə qəbul olunmasını da bu qayğının təzahürü kimi dəyərləndiriblər. Tələbə adını qazanan gənclər gələcək nailiyyətləri ilə bu etimadı ləyaqətlə doğruldacaqlarına əminlik ifadə ediblər.
Qeyd edək ki, Bölmənin 14 nəfər əməkdaşının övladı 2020-2021-ci tədris ili üçün qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və Rusiya Federasiyasının müxtəlif ali məktəblərinə qəbul olublar.
Tədbirin sonunda tələbə adını qazananlara Bölmə rəhbərlinin və həmkarlar ittifaqı təşkilatının qiymətli xatirə hədiyyələri təqdim olunub.