AMEA GƏNCƏ BÖLMƏSİ EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR İNSTİTUTUNUN HESABATI
AMEA Gəncə Bölməsi Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun 2021-ci ildə həyata keçirdikləri elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat keçirilmişdir.
Laboratoriyanın müdiri, kimya üzrə fəlsəfə doktoru Mahirə Şərifova hesabatda qeyd etmişdir ki, “Qərb regionunun filiz, qeyri-filiz və məişət tullantılarının təkrar emalı texnologiyası” mövzusu üzrə elmi-tədqiqat işi yerinə yetirilmişdir.
Elmi-tədqiqat işi AMEA Polimer Materialları İnstitutu ilə ikitərəfli müqaviləyə əsasən aparılmışdır.
Hesabatda kimya üzrə fəlsəfə doktorları İmran Qasımov və İlahə Cəfərova, laboratoriya müdiri Mehriban Məmmədova və başqaları çıxış etmiş icra ilə əlaqədar həyata keçirilmiş işlər, görülən tədbirlər və mühüm nəticələrlə bağlı fikirlərini bildirmişlər.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev il ərzində laboratoriyada aparılmış elmi-tədqiqat işlərinin nəticələrini təhlil etmiş, beynəlxalq elmi əlaqələri, xüsusilə də Rusiya Federasiyası Kabardin-Balkar Dövlət Universiteti ilə elmi əməkdaşlığın daha da gücləndirilməsini tövsiyə etmişdir.