
AMEA GƏNCƏ BÖLMƏSİ BİORESURSLAR İNSTİTUTUNUN HESABATI
AMEA Gəncə Bölməsi Bioresurslar İnstitunun 2021-ci ildə həyata keçirdikləri elmi-tədqiqat işlərinin hesabatı dinlənilmişdir.
Bioresurslar İnstitutu Boyaq emalı texnologiyası laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru İmran Qasımov hesabatda qeyd etmişdir ki, 2021-ci ildə Qərb bölgəsinin boyaq bitkiləri və aqrosənaye tullantılarından boyalarnın alınması tədqiq edilmiş və tətbiq sahələri müəyyən olunmuşdur.
Qərb bölgəsinin boyaq bitkilərinin arealı müəyyən edilmiş, həmin bitkilərdən alınan boyalarla qida məhsulları və lifli materialların boyadılması texnologiyası tədqiq və tətbiq edilmişdir.
Hesabat məruzəsi ətrafında müzakirələrdə kimya üzrə fəlsəfə doktorları Mahirə Şərifova və İlahə Cəfərova, laboratoriya müdiri Mehriban Məmmədova və başqaları çıxış edərək il ərzində laboratoriyada həyata keçirilmiş işlərin əsas xüsusiyyətlərindən danışmış, təkliflərini bildirmişlər.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev il ərzində həyata keçirilmiş elmi-tədqiqat işlərinin nəticələri haqqında fikir və mülahizələrini bildirmiş, laboratoriyanın qarşısında duran elmi-tədqiqat işləri ilə bağlı bir sıra tövsiyələr vermişdir.