
AMEA GƏNCƏ BÖLMƏSİ DİYARŞÜNASLIQ İNSTİTUNUN HESABATI
AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu əməkdaşlarının 2021-ci ildə apardıqları elmi-tədqiqat işlərinin hesabatı dinlənilmişdir.
Hesabatda Gəncə xanlığının qonşu dövlət və xanlıqlarla münasibətləri (XVIII əsrin sonu XIX əsrin əvvəlləri), Gəncə XVI-XVIII əsrlərdə Səfəvi-Osmanlı münasibətlərində” və “Qarabağ ermənilərinin mənşəyinin tədqiqinə aid yeniliklər barədə məlumat verilmişdir.
Tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıxov 1919-cu ildə Qafqazda ABŞ-ın erməni siyasəti haqqında yeni arxiv materiallarını təqdim etmiş, uydurma tarixə sahib ermənilərin dünyada törətdikləri dağıntıları, xüsusilə də azərbaycanlılara qarşı soyqırımı vandallığın ən dəhşətli nümunəsi kimi vurğulayaraq, dünya tarixində dəhşətli erməni dağıntılarını HAYDALİZM adlandıraraq bu istiqamətdə elmi-tədqiqat işləri haqqında məlumat vermişdir.
Hesabat ilində 2 monoqrafiya, 3 kitab nəşr olunmuşdur. Xaricdə 9 məqalə və 2 tezis olmaqla 19 məqalə, 8 tezis dərc edilmişdir. AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Diyarşünaslıq İnstitutunun illik hesabatı ilə bağlı fikirlərini söyləmiş, bir sıra tövsiyələr vermişdir.