NİZAMİ GƏNCƏVİ İRSİNİN TƏDQİQİ VƏ TƏBLİĞİNƏ GÖRƏ FƏRQLƏNƏN ƏMƏKDAŞLAR MÜKAFATLANDIRILMIŞDIR
Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə verdiyi Sərəncama əsasən il ərzində dahi şairin bədii irsinin tədqiqi, təbliği və öyrənilməsi sahəsində həyata keçirilmiş işlərə yekun vurulmuş, ölkə nizamişünaslarının ən yaxşı kitab və monoqrafiyalarının və məqalələrin müəllifləri mükafatlandırılmışlar. Gəncə Bölməsinin bir qrup əməkdaşı da Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə dahi şairin həmşəyaşar irsinin tədqiqi və təbliği sahəsində fəaliyyətinə görə təltif edilmişdir.
AMEA Gəncə Bölməsinin Rəyasət Heyətinin yığıncağında mükafatların təqdimetmə mərasimi olmuşdur.
Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev yığıncağı açaraq tədbirin çox əlamətdar vaxta təsadüf etdiyini xüsusi vurğulamış, öz adından və Rəyasət Heyətinin üzvləri adından Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevi yubileyi münasibətilə təbrik etmişdir.
Yığıncaqda Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Nizami Gəncəvi ili çərçivəsində şəhərdə görülən işlər haqqında məlumat vermiş, nailiyyətlərə Gəncə Bölməsi əməkdaşlarının töhfələrini xüsusi vurğulamışdır. Yubiley ilində Nizami Gəncəvi yaradıcılığına verdiyi töhfələrə görə Bölmənin bir qrup əməkdaşına Respublika Mədəniyyət nazirliyin Xatirə Nişanlarını təqdim etmişdir.
Nizami Gəncəvi ili çərçivəsində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin bədii irsinin tədqiqi və təbliği sahəsində fəaliyyətinə görə Gəncə Bölməsinin bir qrup əməkdaşına AMEA Rəyasət Heyətinin, AMEA Humanitar Elmlər Bölməsinin, habelə Gəncə Bölməsinin mükafatları təqdim olunmuşdur:
Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə;
Akademik Fuad Yusif oğlu Əliyev
Professor Xəlil Həmid oğlu Yusifli
Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanı ilə;
Sevda Firudin qızı Qurbanəliyeva
Rasim Mustafa oğlu Tağıyev
Əlimuxtar Həsən oğlu Muxtarov
Elnur Lətif oğlu Həsənov
Aləmzər Tofiq qızı Tağıyeva
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Nizami Gəncəvinin 880 illiyi Xatirə nişanı ilə;
Fuad Yusif oğlu Əliyev
Xəlil Həmid oğlu Yusifli
Əlimuxtar Həsən oğlu Muxtarov
Aləmzər Tofiq qızı Tağıyeva
Təranə Fizuli qızı Verdiyeva
Xəyalə Rasim qızı Hüseynova
Türkan Müzadil qızı Verdiyeva
AMEA Gəncə Bölməsinin Fəxri Fərmanı ilə;
Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində elmi fəaliyyətinə görə
Təranə Fizuli qızı Verdiyeva
Xəyalə Rasim qızı Hüseynova
Türkan Muzadil qızı Verdiyeva
Nizami Gəncəvinin 880 illik yubileyi ərəfəsində səmərəli fəaliyyətinə görə
Sara Mirabbas qızı Əzizova
Mətanət İkram qızı Əliyeva
Vüsalə Cəbrayıl qızı Hüseynova
Nailə Cəmil qızı Mirzəyeva
İlhamə Tofiq qızı Əliyeva
Çimnaz Qabil qızı Vəliyeva
Simuzər Xaliq qızı Qafarlı
Əhməd Əkrəm oğlu Aslanov
Vüsal Hidayət oğlu Eminbəyli
təltif olunmuşlar.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin anadan olmasının 60 illik yubileyi münasibətilə Gəncə Bölməsi adından təbrik məktubu göndərilməsi qərara alınmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Ramiz Mehdiyevə yığıncaq iştirakçıları adından minnətdarlıq ifadə edən təşəkkür məktubu ünvanlanmışdır.