XƏBƏRLƏR
07.11.2024 / Mühüm hadisələr
AMEA-NIN GƏNCƏ BÖLMƏSİNDƏ 8 NOYABR - ZƏFƏR GÜNÜ VƏ 9 NOYABR - DÖVLƏT BAYRAĞI GÜNÜNƏ HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİLİB

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən 8 Noyabr – Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş “Şanlı tariximiz” adlı dəyirmi masa təşkil olunub.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən  Şəhidlərin əziz xatirəsinin anılması ilə başlayıb.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev dəyirmi masanın iştirakçılarını salamlayaraq, bayram münasibətilə təbrik edib və bu tədbiri millətimiz üçün çox qürurlu və əziz tarixi anlar olan Zəfər Gününün və Dövlət Bayrağı Gününün  şərəfli mahiyyətinin daha dərindən anlanılması üçün vacib elmi toplantı kimi xarakterizə edib.

   O, Zəfər Gününü Azərbaycan Respublikasinin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli dövlət və ordu quruculuğu strategiyasının təntənəsi kimi dəyərləndirərək, vurğulayıb ki,  onun rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan Əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarımızın bütövlüyü tam bərqərar olub.

   Gəncə şəhər İcra Hakimiyyətinin  Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov bayram münasibətilə iştirakçıları təbrik edib, hər zaman olduğu kimi, bu gün də AMEA-nın  Gəncə Bölməsindəki görüşlərə həvəslə qatıldığını,  Zəfər Gününə və Dövlət Bayrağı Gününə  həsr edilən bu tədbirin də yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, akademik Fuad Əliyevin rəhbərliyilə AMEA -nın Gəncə Bölməsinin şəhərin ictimai həyatında da daim fəal mövqe tutuduğunu qeyd edib.

   Yadigar Bədəlov bu elm ocağının əməkdaşlarının sabah Gəncədə keçiriləcək bayram tədbirlərinə dəvət edib.

   Dəyirmi masanın aparıcısı, AMEA-nın Gəncə Bölməsinin sədr müavini, k.ü.f.d. Sara Əzizova  məruzəçilərə verib. 

   Dəyirmi masanda Bölmənin Diyarşünaslıq İnstitutunun Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d., dosent Samirə Qasımova “Üç rəngli, ay-ulduzlu bayrağımızın hamisi – Ali Baş Komandan İlham Əliyev”, Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov “Vətən naminə fədakarliq, yaxud xalqımızın müqəddəs Zəfər Günü”, Bölmənin əməkdaşı, Vətən Müharibəsi iştirakçısı Əhməd Aslanov “Vətən müharibəsi xatirələrimdə”,  ETN Bioresurslar institutunun direktoru, k.ü.f.d., dosent, İmran Qasımov “ Zəfər Günü Azərbaycanın hərb tarixininqızıl hərflərlə yazılan bir günüdür”, və Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva “Müasir Gəncə poeziyasında Azərbaycan zəfəri” mövzularında çıxış ediblər.

   Çıxşlar ətrafında müzakirrələr aparılıb.

   Tədbirin yekununda AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev iştirakçılara məzmunlu  çıxışlar üçün təşəkkür edib, ölkəmizin daha da çiçəklənməsinə alimlərimizin öz tədqiqatları və fəal vətəndaş mövqeləri ilə töhfələrinin artırmasının vacibliyini vurğulayıb.

   Akademik Fuad Əliyev bu şərəfli bayram günləri münasibətilə AMEA-nın Gəncə Bölməsində çalışan 1-ci Qarabağ və Vətən müharibələrində iştirak etmiş əməkdaşlara mükafat verilməsi ilə bağlı yerli Həmkarlar təşkilatına tapşırıq verib.