XƏBƏRLƏR
21.11.2024 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsi YAP  təkilatının qarşısında duran yeni vəzifələr müzakirə olunub

Yeni Azərbaycan Partiyasi Gəncə şəhər təşkilatı AMEA  Gəncə Bölməsi 2 sayli ərazi ilk partiya təşkilatinin idarə heyətinin iclasi keçirilib. Bir neçə gün əvvəl təşkilata yeni sədr seçkilərindən sonra bu, idarə heyətinin ilk toplantısıdır.

İclası AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq, Bölmənin partiya yerli təşkilatının iki gün əvvəl keçirilən genişləndirilmiş toplantısında gənc əməkdaş Vüsal Eminbəylinin  təşkilata yeni sədr seçildiyini xatırladıb və onu bir daha təbrik edib.

Akademik Fuad Əliyev  həmin iclasda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, sədrin müavini Orxan Əhmədov, məsul əməkdaşları Cabir Məmmədov və Afər Məmmədovun iştirak etmələrini bu elm ocağının elmi və ictimai-siyasi mövqeyinə yüksək etimad kimi dəyərləndirib.  O, yenilənmiş rəhbərlik ilə YAP yerli təşkilatının daha fəal və nümunəvi mövqe nümayiş etdirəcəyinə inandığını bildirib.

AMEA  Gəncə Bölməsi 2 sayli ərazi ilk partiya təşkilatinin sədri Vüsal Eminbəyli göstərilən etimada görə Bölmənin sədri, akademik Fuad Əliyevə və Yeni Azərbaycan Partiyasi Gəncə şəhər təşkilatının rəhbərliyinə minnətdarlıq bildirib. O, cəmiyyətimizin avanqardı olan partiyanın siyasi xəttinin həyata keçirilməsinə öz həmfikirləri ilə birgə daha böyük enerji ilə töhfə verməyə çalışaqcaqlarını vurğulayıb.

Sonra Vüsal Eminbəyli iclasın gündəliyindəki məsələlər haqda məlumat verib.

Əvvəlcə,  ilk partiya təşkilatının sədr müavinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb və bu vəzifəyə Elnur Məmmədovun namizədliyi irəli sürülüb. Namizəd haqda çıxış edənlər onu fəal və siyasi yetkin gənc kimi xarakterizə ediblər. Açıq səsvermə ilə Elnur Məmmədov  YAP AMEA Gəncə Bölməsi 2 saylı ərazi ilk partia təşkilatının sədrinin müavini seçilib.

Gündəliyin İkinci bəndi kimi, YAP Gəncə Şəhər Təşkilatı AMEA Gəncə Bölməsi 2 saylı ərazi ilk partiya təşkilatının 2025-ci il üçün iş planı  təqdim olunub və müzakirə edilib.

Qarşıdakı il üzrə plan haqda akademik Fuad Əliev də öz tövsyələrini bildirərək, böyük ictimai-siyasi əhəmiyyət kəsb edən bir sıra mövzular, o cümlədən COP29, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər, eləcə də AMEA-nın 2025-2030-cu illərə aid inkişaf konsepsiyası və yol xəritəsinə dair məsələləri əhatə edən tədbirlərin keçirilməsinin də məqsədə uyğun olduğunu vurğulayıb.

İclasda həmçinin sözügedən Yol Xəritəsinə dair AMEA Gəncə Bölməsinin təklifləri haqda da söhbət gedib. Bölmənin sədr müavini Sara Əzizova bu təkliflərin siyahısını təqdim edib. 

İclasdakı sonuncu məsələ YAP-a üzv olmaq istəyən bir sıra gənc əməkdaşların müraciətlərinin müzakirəsinə həsr olunub.

Toplantıda  AMEA Gəncə Bölməsi 2 saylı ərazi ilk partiya təşkilatının idarə heyətini yeni tərkibinın genişləndiriləcəyi də bildirilib.