
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ: SƏNAYE VƏ MƏİŞƏT TULLANTILARININ TƏKRAR EMALI” MÖVZUSUNDA RESPUBLİKA KONFRANSI MƏLUMAT
24-25 noyabr, 2022-ci il tarixlərində "Ətraf mühitin mühafizəsi: sənaye və məişət tullantılarının təkrar emalı" mövzusunda respublika konfransı keçiriləcəkdir.
Konfransın keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi sahəsində respublikada ekoloji problemlərin həlli ilə bağlı alimlərin həyata keçirdiyi elmi tədqiqat işləri ilə tanış olmaqdır.
Konfransın proqramında aşağıdakı bölmələr üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.
KONFRANSIN BÖLMƏLƏRİ
- Neft-kimya, kimya sənayesi tullantıları və təkrar emalı
- Polimer materiallarının ekoloji problemləri
- Polimer kompozision materiallar
- Aqrosənaye tullantılarının zərərsizləşdirilməsi və təkrar istifadəsi
- Qida və yüngül sənayesi tullantılarının ekologiyası
Tezislərin tərtibatına tələblər:
Konfransın rəsmi dili: Azərbaycan və rus
Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.
Həcmi 1-4 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-25 mm, sağdan-15 mm, yuxarıdan-30 mm, aşağıdan-25 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan-30 mm olmalıdır.
- Məruzənin adı - böyük hərflərlə, qalın, şrift-12
- Müəlliflərin adları – adi hərflərlə, qalın, şrift-12, məruzəçinin adının altından xətt çəkilməlidir.
- Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
- Məruzəçinin e-mail ünvanı-şrift -12
- Xülasə
- Açar sözlər
- Ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə verilməlidir.
- İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.
- Məruzələr 2 nüsxədə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) və elektron variantında təqdim olunmalıdır.
- Ekspert rəyi -1nüsxə
- Qeydiyyat forması (əlavə 1.) -1nüsxə
- Materiallar müşayiət məktubu ilə birlikdə AMEA Gəncə Bölməsinin ünvanına göndərilməlidir.
- Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək.
- Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Tezislərin son göndərilmə tarixi: 20 oktyabr 2022-ci il
Konfransın keçirilmə yeri: AZ-2000, Heydər Əliyev prospekti - 419 AMEA Gəncə Bölməsi
Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:
Əlaqə telefonu: (+99422) 256-14-31; 256-42-63; 256-58-29
e-mail: aynurenagiyeva24@gmail.com
AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev
Elmi Təşkilatı şöbəsinin rəisi Aynurə Həsənova
Əlavə 1
QEYDIYYAT FORMASI
Məruzənin adı: |
|
| |
Elmi istiqamət: |
|
| |
Müəlliflərin adı, atasının adı, soyadı, elmi dərəcəsi və elmi adı: |
|
| |
| |
| |
| |
Məruzəçi: soyadı, adı, atasının adı |
|
| |
İştirak etmə forması: (lazım olanı qeyd etmək) | O şifahi məruzə O yalnız çap |
Təşkilatın adı: |
|
Əlaqə telefonu: |
|
E-mail: |
|