Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş
“Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri”
mövzusunda II Beynəlxalq elmi konfrans
07 iyul 2026-ci il Gəncə
Konfransın mövzu istiqamətləri:
- Nizami Gəncəvi və Türk dünyası
- Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı
- Nizami Gəncəvi və dünya ədəbiyyatı
- Nizami Gəncəvi yaradıcılığında din və irfan
- Nizami Gəncəvi və incəsənət
- Nizami Gəncəvi yaradıcılığında bəşərilik və birgəyaşayış məfhumu
- Nizami Gəncəvi: Sələflər və xələflər
- Müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri
Konfransın işçi dilləri: Azərbaycan, ingilis, türk, özbək və rus dilləri
Konfrans materiallarının tərtibatına dair tələblər:
Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Microsoft Office Word proqramında A4 formatda, Times New Romanda - 12 şriftində (qara rəngdə), 1,5 intervalda yığılmalı, vərəqin sol kənarından 2,5 sm, sağdan 1,5 sm, yuxarıdan 3,0 sm, aşağıdan 2,5 sm boş sahə buraxılmalı, abzaslar 1,5 sm parametrlərinə uyğun olaraq yazılmalıdır.
Vərəqin baş tərəfində sağda müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı; işlədiyi və təhsil aldığı elmi müəssisənin (doktorant və dissertantlar üçün) adı, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) yazılmalıdır.
Konfrans materialının (məqalə və ya tezislərin) mətni 3000 işarədən az olmamalıdır; - mərkəzdə konfrans materialının adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.
Xülasə: 150 sözdən az olmamalıdır, açar sözlər minimum 5 söz (azərbaycan və ingilis dillərində) olmalıdır. Hər bir xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir. Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir.
Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun göstərilməlidir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [3, s.48-57], [2]). Məruzəçinin adının altından xətt çəkilməlidir.
Məqalələrin son göndərilmə tarixi: 07 iyun 2026-cı il
Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq.
Məqalənin (tezislərin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri əsasında məqalənin (tezislərin) yenidən göndərilməsi istəniləcəkdir. Bölmənin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezislər) konfrans materiallarına daxil edilməyəcəkdir.
Konfransın keçiriləcəyi ünvan: AMEA Gəncə Bölməsi, AZ 2000, Heydər Əliyev prospekti, 419.
Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:
Əlaqə telefonu: +994506881598
E-mail: nizamiganjavi885@gmail.com