12.02.2026
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan şəhərsalma və memarlıq irsinin Gəncə nümunəsində tarixi inkişaf mərhələləri” mövzusunda 22 may 2026-cı il tarixində keçiriləсək Respublika Elmi Konfransı
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan şəhərsalma və memarlıq irsinin Gəncə nümunəsində tarixi inkişaf mərhələləri” mövzusunda 22 may 2026-cı il tarixində keçiriləсək Respublika Elmi Konfransı
- Konfransın istiqamətləri:
- Gəncə şəhərinin şəhərsalma və memarlıq irsi: Arran memarlıq məktəbinin formalaşması və üslub xüsusiyyətləri
- Milli memarlıq ənənələri əsasında Gəncə şəhərinin müasir şəhərsalma inkişaf modeli
- İslam–Türk şəhərsalma modeli və Şərq–Qərb qarşılıqlı təsirləri
- Konfransın keçirilməsi ilə bağlı tarixlər
- Məqalənin son göndərilmə tarixi 10.04.2026-cı il
- Konfrans proqramının elan olunması 15. 05.2026-cı il
- Konfransın keçirilməsi 22.05.2026-cı il
- Konfransın formatı: Əyani
- Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyətinin üzvləri, doktorantlar, dissertantlar, magistrantlar, elmi işçilər, memarlar, konstruktorlar və digər tədqiqatçılar iştirak edə bilərlər.
- Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq
- Təqdim olunan məqalələrin tərtibatına qoyulan tələblər
- Azərbaycan, türk, rus və ingilis dillərindən birində yazılması;
- materialın elektron formada, plagiat hesabatı ilə birlikdə təqdim edilməsi;
- mövzunun konfransın istiqamətlərindən birinə uyğun olması;
- elmi üslubda müvafiq dilin qrammatikasına uyğun yazılması;
- mətninin minimum 3 səhifə, maksimum 9 səhifədən ibarət olması;
- xülasənin (azərbaycan, rus və ingilis dillərində) 150 sözdən çox olmaması;
- açar sözün (azərbaycan, rus və ingilis dillərində) minimum 3, maksimum 5 sözdən ibarət olması (açar sözlərin müvafiq xülasələrin sonunda göstərilməsi);
- vərəqin baş tərəfində solda məqalənin mətninə uyğun UOT nömrəsinin, əvvəlində mövzunun adı (vərəqin mərkəzində), onun altında sağda isə müəllif(lər)in soyadı, adı, iş yeri, elmi dərəcəsi, elmi adı, tutduğu vəzifə, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsinin yazılması;
- Microsoft Word fayl formatında hazırlanması, səhifə ölçülərinin sol kənarının – 2.5 sm, sağ kənarı 1.5 sm, yuxarı və aşağıdan – 2.0 sm ölçüdə olması;
- əsas mətn hissəsinin Times New Roman, 12 şrift, sətirlərarası məsafənin – 1.15 olması;
- əsas başlıqların Times New Roman, 14 şriftilə böyük, qalın, alt başlıqları isə Times New Roman, 12 şrifti ilə başlığın ilk hərfinin böyük, qalın yazılması;
- məqaləyə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanması və ad verilməsi.
- məqalədə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- iradlar olan məqalənin düzəlişlər edilmək üçün müəllif(lər)ə göndərilməsi;
- iradlar nəzərə alınaraq yeni redaksiyada tərtib olunmuş məqalənin qəbul olunması üçün müəllifinin təkrar müraciət etməsi;
- məqalənin qəbul olunması haqqında müəllif(lər)ə elanda göstərilən vaxtda qəbul məktubunun göndərilməsi;
- mətndə istinad edilən müəllifin ifadəsinin sonunda kvadrat mötərizədə müəllif(lərin)in soyadı, mənbənin nəşr tarixinin Azərbaycan dissertasiya qaydasına uyğun olaraq [Məmmədov, 2007, s.18] göstərilməsi;
- istifadə edilmiş ədəbiyyat siyahısının əlifba sırası ilə göstərilməsi;
- istifadə edilən ədəbiyyatların müəllifinin, adının, nəşr ilinin və yerinin, ümumi səhifəsinin dəqiq göstərilməsi;
- internet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifinin, məqalənin ya məlumatın başlığının, hiperiqtibas və istinad tarixinin yazılması;
- konfransda əyani olaraq məruzə ilə çıxış edən şəxslərə sertifikat təqdim ediləcəkdir.
- məlumatların səhihliyinə və araşdırmanın orijinallığına görə müəllif məsuliyyət daşıyır.
- Materialın göndərilmə ünvanı
- Elektron ünvan: gbdiyarsunasliq@gmail.com
6.Konfransın işçi dili:
- Azərbaycan dili
- Suallarla bağlı müraciət edilə bilər. Əlaqələndirici şəxslər: Kiçik elmi işçi İlahə Əsədzadə
Əlaqə telefonu: (+994 556960945)
Kiçik elmi işçi Nərmin Alıyeva
Əlaqə telefonu: (+994 998381121)
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən sayta istinad zəruridir.
12.02.2026
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin “Xəbərlər Məcmuəsi” jurn ...
12.02.2026
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilmə ...
27.08.2025
AR ETN AQRAR PROBLEMLƏR İNSTİTUTU 16-17 oktyabr 2025-ci il tarixdə Kənd Təsərrü ...
11.06.2025
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun ...
27.05.2025
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR İN ...
05.03.2025
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ BİORESURSLAR İNSTİTUTUNUN (GƏNCƏ ...
04.03.2025
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR İ ...
03.03.2025
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ ƏMƏKD ...
05.02.2025
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “AZƏR ...
31.01.2025
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun ...