
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR İNSTİTUTUNUN TƏŞKİLATÇILIĞI İLƏ “TƏBİİ EHTİYATLAR VƏ TULLANTILARIN SƏMƏRƏLİ İSTİFADƏSİNDƏ EKOSİSTEMİN QORUNMASI” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR İNSTİTUTUNUN TƏŞKİLATÇILIĞI İLƏ
“TƏBİİ EHTİYATLAR VƏ TULLANTILARIN SƏMƏRƏLİ İSTİFADƏSİNDƏ EKOSİSTEMİN QORUNMASI” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSIN
MƏLUMATI
Konfrans 25 aprel 2025-ci il tarixində Gəncə şəhərində keçiriləcəkdir. Konfransın keçirilməsində məqsəd respublikanın Qərb regionunun sənaye tullantılarının pasportlaşdırılması və təkrar emalı vasitəsilə ətraf mühitin qorunması, ekosistemin bərpası, bölgədə elmi-tədqiqat işlərinin koordinasiyasıdır.
Bu sahədə elmi-tədqiqat işləri aparan şəxsləri konfransda iştirak etməyə dəvət edirik.
KONFRANSIN İSTİQAMƏTLƏRİ:
- Neft-kimya, kimya sənayesi tullantıları və təkrar emalı
- Polimer kompozisiya materialları və ekoloji problemlər
- Aqrosənaye tullantılarından alternativ enerjinin alınması
- Qərb bölgəsində biomüxtəlifliyin qorunması
- Qida və yüngül sənaye tullantılarının ekologiyası
Tezislərin tərtibatına tələblər:
Konfransın rəsmi dili: Azərbaycan və rus
Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.
Həcmi 2-4 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-25 mm, sağdan-15 mm, yuxarıdan-30 mm, aşağıdan-25 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan-30 mm olmalıdır.
- Məruzənin adı - böyük hərflərlə, qalın, şrift-12
- Müəlliflərin adları – adi hərflərlə, qalın, şrift-12, məruzəçinin adının altından xətt çəkilməlidir.
- Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
- Məruzəçinin e-mail ünvanı-şrift -12
- Ədəbiyyata istinadlar mətnin içərisində düz mötərizədə verilməlidir. Məs. [5].
- Məqalə azərbaycan dilində yazılarsa sonda müəlliflər, təşkilat, məruzənin adı, xülasə və açar sözlər rus dilində, rus dilində yazılarsa sonda müəlliflər, təşkilat, məruzənin adı, xülasə və açar sözlər azərbaycan dilində verilməlidir.
Tərtibat nümunəsi:
ELMİ İSTİQAMƏTİN ADI elmi dərəcə, elmi ad, ad, ata adı, soyadı Təşkilatın adı Şəhər E-mail: MƏRUZƏNİN ADI Xülasə Açar sözlər Mətn İstifadə olunan ədəbiyyatlar |
Məruzələr qeydiyyat forması ilə birgə elektron variantda e-mail: aynurenagiyeva24@gmail.com ünvanına təqdim olunmalıdır.
- Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək.
- Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Tezislərin son göndərilmə tarixi: 25 mart 2025-ci il
Konfransın keçiriləcəyi yer: AZ-2000, Heydər Əliyev prospekti 419.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ekologiya və Təbii Ehtiyatlar İnstitutu.
Əlaqə telefonu: (+994 55) 795-44-85