
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNDƏ GƏNCƏ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANSIN MƏLUMATI
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNDƏ GƏNCƏ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANSIN
MƏLUMATI
Konfrans 25 aprel 2025-ci il tarixində AMEA-nın Gəncə Bölməsində keçiriləcəkdir. Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən hər kəs iştirak edə bilər.
KONFRANSIN İSTİQAMƏTLƏRİ
- XI-XII əsrlər Azərbaycan intibahı və Gəncə ədəbi-mədəni mühiti
- Gəncə intibahına aparan yollar
- Məhsəti dövründə yaşayıb-yaratmış qadın şairlər və “Nüzhətül-məcalis”də adları çəkilən gəncəli şairlər
- Şərq ədəbiyyatında xəmsəçilik ənənələri
- Dünya ədəbiyyatının Nizami mərhələsi
- XIX əsrin I yarısında yaşamış şairlər: Kazım ağa Salik, Əbdürrəhman ağa Şair, Mirzə Şəfi Vazeh
- XIX əsrin ikinci yarısında Gəncədə maarifçiliyin təşəkkülü və inkişafı
- XX əsrdə və müstəqillik illərində Gəncə ədəbi-mədəni mühiti
- Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri
Konfransın rəsmi dili: Azərbaycan
Konfrans materiallarının tərtibatına dair tələblər:
Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Microsoft Office Word proqramında A4 formatda, Times New Romanda - 12 şriftində (qara rəngdə), 1 intervalda yığılmalı, vərəqin sol kənarından 2,5 sm, sağdan 1,5 sm, yuxarıdan 3,0 sm, aşağıdan 2,5 sm boş sahə buraxılmalı, abzaslar 1,15 sm parametrlərinə uyğun olaraq yazılmalıdır.
Vərəqin baş tərəfində sağda müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə), elmi dərəcəsi, elmi adı, işlədiyi və təhsil aldığı elmi müəssisənin (doktorant və dissertantlar üçün) adı və ünvanı, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır.
Konfrans materialının (məqalə və ya tezislərin) mətni ən azı 3 səhifə həcmində olmalıdır, mərkəzdə konfrans materialının adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.
Xülasə: 150 sözdən çox olmamalıdır, açar sözlər minimum 5 söz (azərbaycan, rus və ingilis dillərində) olmalıdır. Hər bir xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir.
Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və Ali Attestasiya Komissiyasının tələblərinə uyğun göstərilməlidir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [3, s.48-57], [2]). Məruzəçinin adının altından xətt çəkilməlidir.
Qeydiyyat forması və məruzələrin tezisləri müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktub İlə birlikdə elektron variantında AMEA Gəncə Bölməsinin e-mail: ruziya.zaman.55@bk.ru ünvanına təqdim olunmalıdır.
Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir.
Məqalələrin son göndərilmə tarixi: 25 mart 2025-ci il
Qəbul bildirişi üçün son tarix: 10 aprel 2025-ci il
Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq.
Məqalənin (tezislərin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri əsasında məqalənin (tezislərin) yenidən göndərilməsi istəniləcəkdir. Bölmənin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezislər) konfrans materiallarına daxil edilməyəcəkdir.
Konfransın keçiriləcəyi ünvan: AZ 2000, Heydər Əliyev prospekti 419.
Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:
Əlaqə telefonu: (+994) 55 742-73-37