
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ BİORESURSLAR İNSTİTUTUNUN (GƏNCƏ) TƏŞKİLATÇILIĞI İLƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 102-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ “BİTKİ XAMMALLARI VƏ TULLANTILARININ KOMPLEKS EMALI BİOTEXNOLOGİYASI” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ BİORESURSLAR İNSTİTUTUNUN (GƏNCƏ) TƏŞKİLATÇILIĞI İLƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 102-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ “BİTKİ XAMMALLARI VƏ TULLANTILARININ KOMPLEKS EMALI BİOTEXNOLOGİYASI” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSIN
MƏLUMATLARI
Konfrans 07 may 2025-ci il tarixində Gəncə şəhərində keçiriləcəkdir. Konfransın keçirilməsində məqsəd bitki xammalları və tullantılarından səmərəli istifadə və biomüxtəlifliyin qorunmasıdır. Bu sahədə elmi-tədqiqat işləri aparan tədqiqatçıları konfransda iştirak etməyə dəvət edirik.
Konfransın istiqamətləri:
- COP 29 nailiyyətlər və perspektivlər: Qlobal iqlim dəyişikliklərinin biomüxtəlifliyə, biomühafizəyə və bitki landşaftına təsiri
- Aqrar sahədə, tibb, əczaçılıq və qida sənayesində biotexnologiyalar
- Təbii və antropogen amillərin flora və faunaya təsiri
- Bitki və bitki mənşəli tullantıların emalı və tətbiq sahələri
- Müxtəlif yanacaq növlərinin ekoloji mühitə və biomüxtəlifliyə təsiri
Tezislərin tərtibatına tələblər:
Konfransın rəsmi dili: Azərbaycan və ingilis
Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.
Həcmi 2-4 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-25 mm, sağdan-15 mm, yuxarıdan-30 mm, aşağıdan-25 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan-30 mm olmalıdır.
- Məruzənin adı - böyük hərflərlə, qalın, şrift-12
- Müəlliflərin adları – adi hərflərlə, qalın, şrift-12, məruzəçinin adının altından xətt çəkilməlidir.
- Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
- Məruzəçinin e-mail ünvanı-şrift -12
- Ədəbiyyata istinadlar mətnin içərisində düz mötərizədə verilməlidir. Məs. [5].
- Məqalə azərbaycan dilində yazılarsa sonda müəlliflər, təşkilat, məruzənin adı, xülasə açar sözlər rus dilində, rus dilində yazılarsa sonda müəlliflər, təşkilat, məruzənin adı, xülasə və açar sözlər azərbaycan dilində verilməlidir.
Tərtibat nümunəsi:
ELMİ İSTİQAMƏTİN ADI
elmi dərəcə, elmi ad, ad, ata adı, soyadı
Təşkilatın adı
Şəhər
E-mail:
MƏRUZƏNİN ADI
Xülasə
Açar sözlər
Mətn
İstifadə olunan ədəbiyyatlar
- Məruzələr qeydiyyat forması ilə birgə elektron variantda e-mail:
aliyevakama135@gmail.com ünvanına təqdim olunmalıdır.
- Qeydiyyat forması və məruzələr müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır.
- Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək.
- Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Tezislərin son göndərilmə tarixi: 07 aprel 2025-ci il
Konfransın keçiriləcəyi yer: AZ-2000, Heydər Əliyev prospekti 419.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutu.
Əlaqə telefonu: (+994 50) 7695484