AMEA Gəncə Bölməsində nəşr olunan “Xəbərlər məcmuəsi” jurnalı “Təbiət və texnika elmləri” seriyası üzrə 2024 cü il 1 (91) saylı buraxılışı üçün elmi məqalələrin qəbulunu fevral ayının 24-nə kimi davam edir.
Hörmətli həmkarlar!
AMEA Gəncə Bölməsində nəşr olunan “Xəbərlər məcmuəsi” jurnalı “Təbiət və texnika elmləri” seriyası üzrə 2024 cü il 1 (91) saylı buraxılışı üçün elmi məqalələrin qəbulunu fevral ayının 24-nə kimi davam edir.
Məqalələrə tətbiq olunan tələblər aşağıdakılardır:
Azərbaycan Mİllİ Elmlər Akademİyası Gəncə BÖLMƏSİ «Xəbərlər» məcmuəsİndə dərc olunmaq üçün təqdİm olunan məqalələrİn tərtİb olunmasına daİr
TƏLƏBLƏR
«Xəbərlər» məcmuəsində dəqiq elmlər sahəsində tamamlanmış tədqiqat işləri çap olunur.
- Məqalələr aşağıdakı ardıcıllıqla – nəzəri, təcrübi hissələr, nəticələri əhatə etməklə yazılmalıdır. Məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir.
- Məqalənin mətni yığcam olmaqla 2 nüsxədən ibarət olmalıdır. 2-ci nüsxənin sonunda müəlliflər imza etməli, iş yerlərinin ünvanlarını, telefon nömrələrini qeyd etməlidirlər. Düzəliş edilmiş və qaralanmış məqalələr qəbul olunmur.
- Məqalədə üç dildə (Azərbaycan, rus və ingilis) açar sözlər verilməlidir.
- Məqalə vərəqin sol tərəfindən 2,5 sm, sağ tərəfindən 1,5 sm, aşağıdan 2,5 sm və yuxarıdan 3,0 sm boş yer saxlanmaqla çap olunmalıdır.
- Vərəqin baş tərəfində solda məqalənin mətninə uyğun UOT (UDK) nömrəsi yazılmalı, sağda müəlliflərin soyadları, altda məqaləni təqdim edən müəssisənin adı, poçt ünvanı, müəlliflərin e-mail ünvanı, ortadan altda isə məqalənin adı böyük hərflərlə yazılmalıdır. Məqalənin adı yığcam olmaqla məzmununu əhatə etməlidir.
- Məcmuənin hər nömrəsində bir müəllif 1 məqalə, akademik və müxbir üzvlər isə 2 məqalə dərc etdirə bilər.
- Məqalənin dərc edilməsi üçün müəssisənin müvafiq şöbəsinin qərarı, mütəxəssis rəyi, müəllif arayışı və antiplaqiatlıq haqqında arayış əlavə edilməlidir.
- Redaksiya məqalənin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyət daşımır.
- Dərc olunduğu dildən əlavə başqa iki dildə məqalənin xülasəsi verilməlidir. Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır. Xülasələrdə müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. yığcam şəkildə öz əksini tapmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir.
- Məqalənin mətninin sonunda istifadə olunmuş ədəbiyyatların siyahısı verilməlidir. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. üstünlük verilməlidir. Mətndə ədəbiyyat materiallarına istinad düz mötərizədə göstərilir.
- Cədvəllər və şəkillər adları və sıra sayları yazılmaqla mətndə verilir. Cədvəllərin adları və sıra sayları cədvəlin üst tərəfində, şəkillərin adları və sıra sayları isə şəklin altında yazılmalıdır.
13.Məqalənin mətni Times New Roman proqramı üzrə 12 saylı şriftlə (məsələn: Azərbaycan dilində latın əlifbası, rus dilində kiril əlifbası, ingilis dilində ingilis əlifbası) 1 intervalla yazılmış diskdə və ya e-mail: xabarmacmua@gmail.com təqdim olunmalıdır. Mətndəki formulalar və düsturlar iri və kiçik hərflər seçilməklə Chem Draw proqramı üzrə yazılmalıdır. Simvolların dərəcələri və indeksləri müvafiq olaraq simvolların üstündə və altında yazılmalıdır.
14.Məqalə redaksiyaya elektron formada daxil olduqdan sonra müvafiq bölmədə müzakirə edilir və məqalənin dərc olunub olunmaması barədə müəlliflərə xəbər verilir. Məqalənin dərc olunmaması barədə məlumat alınmayanadək müəlliflərin məqaləni başqa yerdə dərc olunmaq üçün təqdim etmələrinə icazə verilmir. Məqalə müəlliflərə düzəliş üçün geri qaytarıldıqda müvafiq düzəlişlər edildikdən sonra köhnə mətn ilə birlikdə redaksiyaya bir ay müddətinə qaytarılır.
15.Məcmuə yalnız müvafiq institutlara və kitabxanalara göndərilir. Müəlliflərə isə jurnalın PDF forması göndərilir.
16.«Xəbərlər» məcmuəsi təsərrüfat hesablı olmaqla özünü maliyyələşdirmə prinsipi ilə ildə dörd dəfə (kvartalda bir dəfə) nəşr edilir. Müəyyən edilmiş ödəniş köçürmə və ya nəqd yolla həyata keçirilir.
Məsul katib: k.ü.f.d., dosent Mahirə Şərifova