AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN HUMANİTAR TƏDQİQATLAR İNSTİTUTUNUN TƏŞKİLATÇILIĞI İLƏ “QƏRB BÖLGƏSİNİN ƏDƏBİ İRSİ VƏ AZƏRBAYCAN DİLİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSIN MƏLUMATI
Konfrans 27 noyabr 2026-cı il tarixində AMEA-nın Gəncə Bölməsində keçiriləcəkdir. Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən hər kəs iştirak edə bilər.
KONFRANSIN İSTİQAMƏTLƏRİ
- Qərb bölgəsinin ədəbi irsi
- Qərb bölgəsində klassik ədəbi ənənənin formalaşması
- Qərb bölgəsinin folklor və şifahi ədəbiyyat irsi
- Qərb bölgəsinin ədəbi-mədəni irsinin bədii təcəssümü
- XX–XXI əsr Azərbaycan ədəbiyyatında ədəbi istiqamətlər
- Azərbaycan dili
- Müasir Azərbaycan dilinin aktual problemləri: dilin inkişaf meyilləri, norma
və üslub məsələləri, müasir dil prosesləri
- Azərbaycan dilinin tarixi: arxaizmlərin bərpası və dialektologiya
- Nəzəri dilçilik və terminologiyanın əsasları
- Rəqəmsal mühitdə Azərbaycan dili: korpus və kompüter dilçiliyi
Konfransın rəsmi dil: Azərbaycan
Konfrans materiallarının tərtibatına dair tələblər:
Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Microsoft Office Word proqramında A4 formatda, Times New Romanda - 12 şriftində (qara rəngdə), 1,5 intervalda yığılmalı, vərəqin sol kənarından 2,5 sm, sağdan 1,5 sm, yuxarıdan 3,0 sm, aşağıdan 2,5 sm boş sahə buraxılmalı, abzaslar 1,5 sm parametrlərinə uyğun olaraq yazılmalıdır.
Vərəqin baş tərəfində sağda müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı; işlədiyi və təhsil aldığı elmi müəssisənin (doktorant və dissertantlar üçün) adı, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) yazılmalıdır.
Konfrans materialının (məqalə və ya tezislərin) mətni 3000 sözdən az olmamalıdır; - mərkəzdə konfrans materialının adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.
Xülasə: 150 sözdən az olmamalıdır, açar sözlər minimum 5 söz (azərbaycan və ingilis dillərində) olmalıdır. Hər bir xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir. Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir.
Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun göstərilməlidir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [3, s.48-57], [2]). Məruzəçinin adının altından xətt çəkilməlidir.
Məqalələrin son göndərilmə tarixi: 30 oktyabr 2026-cı il
Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq.
Məqalənin (tezislərin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri əsasında məqalənin (tezislərin) yenidən göndərilməsi istəniləcəkdir. Bölmənin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezislər) konfrans materiallarına daxil edilməyəcəkdir.
Konfransın keçiriləcəyi ünvan: AMEA Gəncə Bölməsi, AZ 2000, Heydər Əliyev prospekti, 419.
E-mail: hti.ganja@gmail.com
Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:
Əlaqə telefonu: +994 55 621 50 52